Çərşənbə, 6 Avqust, 2025

YARAT Teatr Klubu çərçivəsində "Matilda" tamaşası


  • Dərc edildi: 1 Mart, 2022 - 09:12
YARAT Teatr Klubu çərçivəsində "Matilda" tamaşası

YARAT Teatr Klubu çərçivəsində "Matilda" tamaşasının nümayişi
İlaya Faiqin quruluşunda, "English Children Theatre 2130"un "Matilda" tamaşası evdə və məktəbdə bullinqə məruz qalan bir qızcığazdan bəhs edir. Quruluşun əsas amalı, tamaşaçıya hər bir uşağın şəxsiyyət olduğunu və onun fikir söyləmək hüququ, özünü müdafiə etmək iqtidarında olduğunu çatdırmaqdır.
"English Children Theatre 2130" (İngilisdilli uşaqlar üçün teatr 2130) – İlaya Faiq tərəfindən 2015-ci ildə Bakı, Tiflis və Stokholmda yaşayan ingilisdilli uşaqlar üçün yaradılmışdır. Yarandığı gündən teatr "Alisa möcüzələr ölkəsində", "Kral Şir", "Ağbəniz və yeddi cırtdan" kimi dünyaca məşhur nağıllara əsaslanmış klassik ssenarilərlə yanaşı, Nizami Gəncəvi və Üzeyir Hacıbəyli kimi dahilərin də əsərlərini səhnələşdirilmişdir.
İlaya Faiq 15 ildən artıq teatr sahəsində çalışır və bu yaxınlarda Stokholmda (İsveç) "Drama for children with special needs" (Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün drama) kursunu keçmişdir.
Tamaşa ingilis dilində keçiriləcək
3 mart, 19:00
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Tamaşaya onlayn qeydiyyatdan keçmək üçün: https://cutt.ly/cAwZKoG
__________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5820
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1095
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 396
“İnnovativ məktəb” l...