Cümə axşamı, 14 Avqust, 2025

Yoxlama-ölçmə materiallarının işlənməsi departamentində böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilir


  • Dərc edildi: 11 Avqust, 2025 - 21:36
Yoxlama-ölçmə materiallarının işlənməsi departamentində böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilir

Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının  işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunda böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilir.

Qulluq funksiyaları:

  • Magistratura, dövlət qulluğu və digər işə qəbul imtahanları üçün informatika  üzrə yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına ekspertlərin cəlb edilməsi, yoxlama-ölçmə materiallarının ekspertizasının, mövcud olan test tapşırığı banklarının mütəmadi olaraq təftişinin təşkil edilməsi;
  • İnformatika üzrə yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasında, ekspertizasında,  mövcud olan test tapşırığı banklarının mütəmadi olaraq təftişində iştirak edilməsi;
  • Ümumi metodiki göstərişlərin işlənib hazırlanması;
  • Səlahiyyətləri daxilində şöbəyə daxil olan müraciətlərin araşdırılması və cavablandırılması;
  • Qapalı rejimli mühitdə (bunker şəraitində) fiziki iştirak tələb edən tapşırıqların dəqiq icrasının təmin edilməsi.
  • Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.).

Tələblər:

  • Təhsil: Ali təhsil (informatika müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, kompüter elmləri, informasiya texnologiyaları və İKT üzrə digər ixtisaslar);
  • İş stajı: Vəzifənin qulluq funksiyalarına uyğun ən az 3 il iş stajı;
  • Kompüter bilikləri: "MS Windows", "MS Office" proqramları, "Internet" və "Outlook" ilə işləmək bacarığı;
  • Xarici dil bilikləri: Rus dili – B1; İngilis dili - arzuolunandır;
  • Müvafiq fənn üzrə qəbul proqramı ilə yaxından tanış olmalı;
  • Müvafiq fənn üzrə ali təhsil müəssisələrində istifadə edilən dərsliklərlə yaxından tanış olmalı;
  • Test metodologiyası barədə ümumi məlumata malik olmalı;

Müraciət qaydası:

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Kadrlar uçotunun şəxsi vərəqəsini” dolduraraq mövzu bölməsində “Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektoru – böyük məsləhətçi” qeyd etməklə 30 avqust 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6494
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1440
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 562
“İnnovativ məktəb” l...