Azərbaycan Dövlət İqtisad Universiteti kimya üzrə Nobel mükafatçısı, UNEC-in Fəxri doktoru Aziz Sancar adına tədqiqat mükafatı elan edir!
Mükafat UNEC-də yüksək keyfiyyətli tədqiqat fəaliyyətlərini dəstəkləmək və akademik heyəti bu istiqamətdə stimullaşdırmaq məqsədi ilə təsis olunub.
Müsabiqəyə UNEC əməkdaşlarının aşağıdakı sahələr üzrə dərc edilmiş elmi məqalələri qəbul edilir:
Qida təhlükəsziliyi
Qida Elmləri və Texnologiyası
Biokimya
Mikrobiologya
Biotexnologiya
Mükafat fondu 10.000 (on min) manat məbləğində pul və diplomdan ibarətdir. Müsabiqə ildə bir dəfə keçirilir və 1 elmi əsərə görə olan müəllifə (müəlliflərə) verilir. Əsərin 1-dən çox müəllifi olduğu halda, pul mükafatı onlar arasında bərabər şəkildə bölünür.
Müsabiqənin şərtləri:
Mükafata cari tədris ilində nəşr edilmiş və aşağıdakı tələblərdən birinə cavab verən əsərlər təqdim edilə bilər:
WASS-SENSE reytinqində A və ya B kateqoriyalı nəşriyyatlarda nəşr edilmiş monoqrafiyalar (elmi redaktoru olan, bölmələri müxtəlif müəlliflər tərəfindən yazılan kollektiv monoqrafiyalar da daxil olmaqla).
Web of Science bazasında Q1və Q2 kateqoriyalı elmi nəşrlərdə dərc edilmiş elmi məqalələr;
Müsabiqə üçün təqdim edilən əsərlərdən elmi jurnala qəbul edilmiş və ya çap olunmaq üçün hazırlıq mərhələsində olan elmi işlər qəbul olunmayacaq;
Müsabiqəyə təqdim edilən əsərlərdə müəllifin və ya müəlliflərin UNEC əməkdaşı olması birmənalı olaraq qeyd olunmalıdır. Əks halda, əsər müsabiqəyə buraxılmayacaq.
Müsabiqədə iştirak üçün müraciətlər 1 iyundan - 30 iyunadək tarixinədək qəbul edilir.
Tələb olunan sənədlər:
· UNEC rektorunun adına ƏRİZƏ
· Ərizəyə əlavələr;
· ANKET
· Müsabiqəyə təqdim edilən əsərin kağız və elektron nüsxələri;
· Müsabiqəyə verilən məqalələrin Q1, və Q2 kateqoriyalı jurnala aid olmasının təsdiqedici sənədi (Web of Science platformasından uyğun hiperlinklərin yerləşdirilməsi);
· Elmi işin nəşr olunduğuna dair rəsmi internet linkləri;
Mükafata təqdim edilən əsərlər Müsabiqə Komissiyası tərəfindən müvafiq meyarlar əsasında qiymətləndiriləcək.
Müsabiqədə iştirak etmək üçün tələb olunan bütün sənədlər elektron formada [email protected] e-mail ünvanına göndərilməlidir. Sənədləri göndərərkən e-mailin “mövzu” bölməsinə “Aziz Sancar adına Tədqiqat Mükafatı-2023 – ad, soyad” qeyd olunmalıdır.
Müsabiqə ilə bağlı müraciətləri [email protected] e-mailinə ünvanlaya bilərsiniz.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur