"Data Science" bacarıqlarını təkmilləşdirmək üçün QSS Analytics data science təcrübə proqramına qoşul

"Data Science" bacarıqlarını təkmilləşdirmək üçün QSS Analytics data science təcrübə proqramına qoşul!

 

"QSS Analytics" data science konsaltinq şirkətidir. Şirkət nəzdində fəaliyyət göstərən "Data Science" laboratoriyası müxtəlif sənaye sahələrinə uyğun, süni intellektlə işləyən, yeni nəsil innovativ startaplar və layihələr hazırlayır.  İstedadına inanan intellektual gənclər üçün fürsəti qaçırmayın. Birbaşa peşəkarlardan öyrənərək real süni intellekt və data təhlili layihələrində iştirak edərək öyrənmək şansı əldə edin. 


İndiyə qədər yüzlərlə gənc şirkətimizin təcrübə proqramından faydalanmış, data elmi karyeralarının ilkin addımlarını müvəffəqiyyətlə atmağa başlamışdır.

 "QSS Analytics"də təcrübəçi olmuş gənclərin bir çoxu hazırda ölkənin ən qabaqcıl müəssisələrində ML mütəxəssisi, Data Scientist, Data Analitik və BI mütəxəssisi kimi çalışır.

Kimlər müraciət edə bilər?

  • Analitikanı öyrənməyə həvəsli olan çalışqan və potensiallı gənclər;
  • Full time təcrübə müddətində iştirak edə biləcək şəxslər.
  • Təcrübə müddəti başa çatdıqdan sonra yüksək nailiyyət əldə etmiş təcrübəçilərə iş təklif oluna bilər. Yaxşı nəticə göstərmiş təcrübəçilər  ya şirkət daxilində ya da digər şirkətlərə data mütəxəssisi olaraq yönləndirilir.

Tələblər

  • Çox yaxşı ünsiyyət və təqdimat bacarıqları
  • Araşdırma və kommunikasiya bacarıqları
  • Analitik düşünmə bacarığı
  • “MS Office” proqramları ilə işləmə bacarıqları
  • Yüksək səviyyədə İngilis dili.

 Müsahibə zamanı namizədlərə xüsusi tapşırıqlar ünvanlanacaq və təcrübə proqramında ən uğurlu nəticələri əldə etmiş namizədlər iştirak edə biləcəklər.

 Təcrübə proqramı full-time (həftəiçi 09:00-18:00) nəzərdə tutulmuşdur.

 Qeyd: Təcrübə proqramı ödənişsizdir.

Təcrübə proqramı yalnız FULL-TIME nəzərdə tutulmuşdur və ÖDƏNİŞSİZDİR.
Müraciət üçün CV-nizi [email protected] email ünvanına mövzu hissəsində "Full-time Data Science Internship" qeyd edərək göndərə bilərsiniz.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az