reklam

“Bank Respublika” ASC İdarə Heyəti Sədrinin ofisində Filiallarla iş üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir

“Bank Respublika” ASC İdarə Heyəti Sədrinin ofisində Filiallarla iş üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Statistik məlumatları təhlil edir, qiymətləndirir və qısa əsaslı nəticələr çıxarır;
  • Bank sektorunda cərəyan edən prosesləri izləyir, məlumatları toplayır və onları təhlil edir;
  • Bankın filial şəbəkəsinin idarə edilməsi ilə bağlı koordinasiya işlərində dəstək verir;
  • İdarə Heyətinin tapşırıq və əmrlərinin icrasına mütəmadi nəzarət edir;
  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlayır;
  • Bankın rəhbərliyinin (İdarə Heyətinin Sədri və üzvləri, İdarə Heyəti Sədrinin ofisinin rəhbəri) digər tapşırıq və göstərişlərini yerinə yetirmək. 

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil (iqtisadiyyat sahəsi üzrə);
  • MS Office proqramları üzrə, xüsusilə Excel üzrə mükəmməl biliklər;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
  • Analitik təhliletmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Operativlik, dəqiqlik və səliqəlilik;
  • Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 aprel 2023-cü il tarixinədək email-in mövzu hissəsində Filiallarla iş üzrə mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az