Çərşənbə, 20 Avqust, 2025

Mağaza Müdir müavini vakansiyası


  • Dərc edildi: 25 Fevral, 2025 - 19:22
Mağaza Müdir müavini vakansiyası

Vakansiya: Mağaza Müdir müavini



İş yeri: A Plus Supermarketlər şəbəkəsi

Sayca çoxalmaqda olan A Plus Supermarketlər şəbəkəsi üzrə Mağaza Müdir müavini üçün namizəd axtarırıq. Əgər siz idarəetmə sahəsində təcrübəli, məsuliyyətli və nəticəyönümlüsünüzsə, bizim komandaya qoşulmaq üçün müraciət edə bilərsiniz.



İşçiyə qoyulan tələblər:



●     Komanda ilə işləmə bacarığı olmalı;
●     Məsuliyyətli olmalı;
●     Yüksək ünsiyyət və özünüifadəetmə bacarığı olmalı;
●     İş təcrübəsi: 3 ildən çox(Qeyd edilən vəzifə üzrə);
●     Yaş: 25-45;



Vəzifə öhdəlikləri:



●     Mağazanın xərcini, stokunu və sifarişlərini nəzarətdə saxlamalı, doğru idarə etməli, düzgün qərarlar verməlidir.
●     Müştərilərlə nəzakətli rəftar edilməsi, müştərilərin məhsullarla ətraflı tanış olmasına şəraitin yaradılmasını təmin etməlidir;
●     Malların vitrin və ya rəflərdə səliqəli düzülməsini, əlavə vasitə və avadanlıqların yerində
olmasını, vitrində boşluqların olmaması təmin etməlidir:
●     Marketlərdə keçirilən inventarizasiyada iştirak etməlidir;
●     Mağazanın anbarındakı malların tamlığını, doğru şərait və şərtlərlə saxlanılmasını, itmə,
oğurlanma və zədələnmə hallarının olmamasını təmin etməlidir;
●     Qaytarmalara, onların firmalara vaxtında təhvil verilməsinə nəzarət etməlidir.
●     Mağazaya aid sənədlərin yığılıb mühafizə edilməsi, mərkəzə çatacaq qaimə və fakturaların əksiksiz olması və vaxtında göndərilməsini təmin etməlidir.
●     İşçilərin və özünün həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməlidir;
●     Rəhbərliyin digər göstərişlərini yerinə yetirməlidir.



İş şərtləri:



●     Əmək haqqı: 1000-1400
●     Nahar şirkət tərəfindən təmin edilir
●     İş vaxtı: Növbəli
●     İstirahət günləri: Həftə ərzində 1 dəfə.

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Müdir müavini” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6908
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1727
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 687
“İnnovativ məktəb” l...