Bazar ertəsi, 2 İyun, 2025

“Qarabağın rəqəmsal müəllimləri: Google platformasının köməyilə kağızsız sinif otaqlarının təşkili” layihəsinin açılış mərasimi keçirilib


  • Dərc edildi: 17 Oktyabr, 2022 - 14:48
“Qarabağın rəqəmsal müəllimləri: Google platformasının köməyilə kağızsız sinif otaqlarının təşkili” layihəsinin açılış mərasimi keçirilib

15 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “Qarabağın rəqəmsal müəllimləri: Google platformasının köməyilə kağızsız sinif otaqlarının təşkili” layihəsinin açılış mərasimi keçirildi.

Açılış Bərdə rayon Qazaxlar kənd tam orta məktəbdə baş tutmuşdur.

Açılışda AGMA-nın sədri Rüfət Əsədzadə, Bərdə rayon Qazaxlar kənd tam orta məktəbin direktoru Elşən Məmmədov, Elm və Təhsil Nazirliyinin layihə eksperti Solmaz İsmayılova, Ağcabədi koordinatoru Vüsalə Əliyeva, məktəb direktorlar və gənc müəllimlər iştirak edib.

Layihənin məqsədi “Google for education level 1” platforması üzrə yeni bilik və bacarıqlar öyrətməklə rəqəmsal müəllimlərin yeni tədris alətlərini tədris prosesində tətbiq etmələri ilə şagirdlər arasında rəqəmsal vətəndaşlığı inkişaf etdirmək və gələcəkdəki qayıdış zamanı həmin ərazilərdə inşa olunan ağıllı məktəblərə inteqrasiya prosesinin sürətləndirilməsinə yardımçı olmaqdır.

Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.

Layihə sentyabrın 15-dən fevralın 15-dək davam edəcək.

Onu da qeyd edək ki, layihə çərçivəsində gənc müəllimlərin cəlb olunması, təlim məzmununun hazırlanması və ekspertlərin təminində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə tərəfdaşlıq edəcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 31
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 125
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 146
Lisey və gimnaziyala...