“Şərqin incisi” adlı rəsm müsabiqə-sərgisi

Əziz rəssamlar sizi “Şərqin incisi” adlı rəsm müsabiqə-sərgisində iştirak etməyə dəvət edirik!

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

• Rəsm müsabiqə-sərgisinə hər bir iştirakçı 2 rəsm işi göndərə bilər
• Rəsm əsərlərinin işlənmə texnikası sərbəstdir və müxtəlif texniki vasitələrlə işlənilə bilər
• Rəsmlərin çəkilməsi zamanı ölçülərə məhdudiyyət qoyulmur
• İnternet və digər oxşar resurslardan köçürülmüş məzmunda olan rəsmlər qəbul edilmir
• İşlər təqdim edilərkən müəllif haqqında ətraflı məlumat - adı, soyadı, atasının adı, təvəllüdü, oxuduğu məktəb, sinif, məşğul olduğu müəssisə və əlaqə vasitəsi qeyd olunmalıdır.

1-ci mərhələ: 25 oktyabr – 25 noyabr
İştirakçılar 2 rəsm işi [email protected] elektron poçt ünvanına göndərilməlidir.

2-ci mərhələ: 26 noyabr – 1 dekabr
Münsiflər heyəti tərəfindən işlər qiymətləndirilir və qaliblər müəyyənləşdirilir.

3-cü mərhələ - 8 dekabr
Rəsm müsabiqə-sərgisində qalib olmuş rəsm əsərlərindən ibarət sərgi təşkil olunacaq. Mükafatlandırılma mərasimi keçiriləcək.

Müsabiqənin finalına qatılmaq hüququ qazanan hər bir iştirakçıya sertifikat, qaliblələrə (birinci, ikinci və üçüncü yer üçün) isə dəyərli hədiyyələr veriləcək.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az