
Tələbələr üçün əla fürsət!
Peşəkar Təcrübə Proqramı / “Gələcəyini Qur!” Layihəsi
Müraciət üçün son tarix: 12 aprel
Tələbələr üçün əla fürsət!
Peşəkar Təcrübə Proqramına qeydiyyat yenidən açıldı!
“Gələcəyini Qur!” Layihəsi inkişafa və öyrənməyə meyilli, peşəkar iş təcrübəsi qazanmaq istəyən gənclər üçün təcrübə proqramı elan edir.
Proqram iştirakçılarına aylıq yol xərclərini qarşılamağa kifayət edəcək məbləğdə təqaüd və uğurla bitirən namizədlərə sertifikat və tövsiyə məktubu veriləcək. Proqramın müddəti 5 ay nəzərdə tutulub və iş saatları seçilmiş tələbələrin dərs cədvəlinə uyğun təyin olunacaqdır.
Proqrama seçilmiş namizədlər nə əldə edəcəklər?
- real iş mühitində təcrübə
- gələcək işləri üçün portfolio
- uyğun sahələr üzrə yeni bilik və bacarıqlar
- gələcəkdə layihə əməkdaşı olma imkanı
Müraciət edilə biləcək sahələr:
- Layihələrin idarə olunması
- Layihə iştirakçıları ilə işdə dəstək
- Sosial medianın idarə olunması (SMM, Kontent menecer, Dizayner, Reelsmaker)
Namizədlər üçün tələblər:
1. Məqsədyönlü, məsuliyyətli, öyrənməyə həvəsli və detallara qarşı diqqətli
2. Müraciət etdiyi sahə üzrə ilkin bilik və bacarıqlar
3. İngilis dili biliyi (üstünlükdür)
4. Microsoft Office proqramlarında işləmə bacarığı (üstünlükdür)
5. Müraciət etdiyi sahə üzrə təcrübə (üstünlükdür)
Proqrama müraciət etmək istəyən şəxslər [email protected] mail ünvanına mövzu bölməsində müraciət etdiyi sahəni və öz soyad-adını qeyd edərək CV və Motivasiya Məktubunu göndərə bilərlər.
QEYD: Gec, natamam və mövzu hissəsi boş (“No subject“) göndərilmiş müraciətlərə baxılmayacaq.
Müraciət etmək üçün son tarix: 12 aprel
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur