Çərşənbə axşamı, 19 Avqust, 2025

Qısamüddətli təlim qrupunun yaradılması layihəsi çərçivəsində təlimlər yekunlaşıb


  • Dərc edildi: 28 Mart, 2024 - 22:24
Qısamüddətli təlim qrupunun yaradılması layihəsi çərçivəsində təlimlər yekunlaşıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində qalib layihələrdən olan Qısamüddətli təlim qrupunun yaradılması layihəsinin təlimləri keçirilib.

Təlimlər Zaqatala rayonu Danaçı kənd 1 nömrəli tam orta məktəbində baş tutub.

Təlimlər sinfin idarə olunması; sinfin tərtibatı – guşələrlə iş; inklüziv təhsillə bağlı ilkin məlumatlar; incəsənət terapiyası; ilkin İT

bacarıqları; ilk tibbi yardım; məşğələlərin təşkili; yaş psixologiyası və valideynlərlə əməkdaşlıq mövzularında keçirilib.

Qeyd edək ki, layihənin əsas məqsədi Danaçı kənd körpələr evi-uşaq bağçasının nəzdində 2 qısamüddətli təlim qruplarının yaradılması ilə kənddə yaşayan və bağçada boş yer olmadığı üçün məktəbəqədər təhsilə qatılmayan 1-5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmalarını təmin edilməsinə dəstək olunmaqdan ibarətdir.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6849
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1685
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 666
“İnnovativ məktəb” l...