2021/2022-ci tədris ili üzrə SABAH qruplarının bakalavr səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur

Müsabiqədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən müəyyən edilmişixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. SABAH qruplarının bakalavr səviyyəsinə tələbə seçimi müsabiqəsi qaydalarının 7.3 bəndinə əsasən namizədlərin qiymətləndirilməsi həm də ali təhsil müəssisələrinə qəbul balı əsasında aparıldığındanyalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı yolu ilə ali təhsil müəssisəsinə qəbul olunmuş şəxslər müsabiqədə iştirak edə bilər. Müsabiqənin 1-ci mərhələsində iştirak etmək üçün elektron ərizə doldurulmalıdır.Elektron ərizəni doldurmazdan əvvəl müvafiq “Təlimat”la tanış olmağınız xahiş olunur.yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı yolu ilə ali təhsil müəssisəsinə qəbul olunmuş şəxslər müsabiqədə iştirak edə bilər. 2021/2022-ci tədris ili üçün"SABAH qruplarına tləbələrin seçimi Qaydaları" ilə tanış olmağınız tövsiyə olunur.Hazırki ali təhsil müəssisisəsindən asılı olaraq, tələbələr üçün müəyən olunmuş son qeydiyyat tarixi haqqında məlumatı aşağıdakı cədvəldən əldə edə bilərsiniz. Qeydiyyat üçün aşağıda görstərilmiş "Elektron ərizəyə" keçid etməyiniz tələb olunur.
S/S TƏHSIL ALDIĞINIZ ALI TƏHSIL MÜƏSSISƏSI SONQEYDIYYAT TARIXI
1 Azərbaycan Dövlət İqtisad Universiteti 30 iyun
2 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 30 iyun
3 Azərbaycan Dövlət Pedaqoji Universiteti 30 iyun
4 Azərbaycan Rəssamlıq Akademiyası 30 iyun
5 Azərbaycan Memarlıq və İnşaat Universiteti 30 iyun
6 Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti 30 iyun
7 Azərbaycan Texniki Universiteti 30 iyun
8 Bakı Dövlət Universiteti 30 iyun
9 Bakı Musiqi Akademiyası 30 iyun
10 Bakı Mühəndislik Universiteti 30 iyun
11 Azərbaycan Dövlət Pedaqoji Universiteti filialları (Şəki, Ağcabədi, Cəlilabad, Quba, Şamaxı) 30 iyun
12 Azərbaycan Dillər Universiteti 30 iyun
13 Azərbaycan Dövlət İqtisad Universiteti filialı (Zaqatala) 30 iyun
14 Bakı Dövlət Universiteti filialı (Qazax) 30 iyun
15 Bakı Slavyan Universiteti 29 iyun
16 Sumqayıt Dövlət Universiteti 29 iyun
17 Lənkəran Dövlət Universiteti 29 iyun
18 Gəncə Dövlət Universiteti 29 iyun
19 Azərbaycan Texnologiya Universiteti 29 iyun
20 Mingəçevir Dövlət Universiteti 29 iyun
21 Naxçıvan Dövlət Universiteti 29 iyun
22 Naxçıvan Müəllimlər İnstitutu 29 iyun
23 Azərbaycan Milli Konservatoriyası 29 iyun
ELEKTRON_ƏRİZƏYƏ_KEÇ

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az