Çərşənbə, 20 Avqust, 2025

2021-ci ilin payız semestri üzrə xaricdə doktorantura təhsilinə sənəd qəbulu


  • Dərc edildi: 30 İyun, 2021 - 03:54
2021-ci ilin payız semestri üzrə xaricdə doktorantura təhsilinə sənəd qəbulu

2021-ci ilin payız semestri üzrə xaricdə doktorantura təhsilinə sənəd qəbulu

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2021-ci ilin payız semestri üçün xaricdə doktorantura təhsilinə sənəd qəbuluna start verilib. Sənəd qəbulunda nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən və ya təhsil alan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.   Proqram prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.   Müraciət üçün son tarix31 iyul 2021-ci il müəyyən edilib.   Sənəd qəbuluna dair digər məlumat və şərtlərləelanvasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlərFAQ/MVSvə ya[email protected]elektron poçt ünvanına müraciət edə bilər.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6911
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1729
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 688
“İnnovativ məktəb” l...