Kart məhsulları və layihələrin idarə olunması şöbəsi üzrə aparıcı mütəxəssis vakansiyası

“Rabitabank” ASC-nin Kart əməliyyatları Departamentinin, Kart məhsulları və layihələrin idarə olunması şöbəsi üzrə aparıcı mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir. 

 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır. 

Vəzifə öhdəlikləri:

  • Kart məhsulları üzrə analitik  və aylıq/rüblük hesabatların hazırlanması;
  • Kart biznesinin innovativ məhsul və texnologiyalarını təqdim və tətbiq etmək;
  • Müxtəlif müştəri seqmentləri üçün nəzərdə tutulan kart biznesinə yönəlmiş kompleks məhsulların hazırlanması və təqdim edilməsində iştirak etmək;
  • Kart məhsulları və nağdsiz hesablaşmalar  üzrə daxili və xarici bazarı daimi təhlil etmək;
  • Kart biznesinə aid layihələr üzrə təhlil, sorğu və test işləri aparmaq, biznes proseslərinin avtomatlaşdırılması üçün layihələri işləyib həyata keçirmək;;
  • Kart məhsulları, xidmətləri, satışı və təqdim edilmə texnologiyaları üzrə bank daxili seminar və təlimlər keçmək;
  • Kart məhsulları və xidmətlərinin reklamı və marketinqi üçün təkliflər hazırlamaq;
  • Beynəlxalq və yerli Ödəniş Sistemlərinin nümayandələri ilə daimi və keyfiyyətli əlaqələri qurmaq;
  • Daxili normativ sənədləri hazırlamaq və təkmilləşdirmək;

 

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • Analitik bacarıqlar;
  • Plastik kartlar sahəsində ən azı 2 il iş təcrübəsi;
  • İngilis dili/Rus dili biliklərin olması arzuolunandır;
  • Problemləri həll etmə bacarığı;
  • Məsuliyyətli, tələbkar, təşəbbüskar olmaq, əməkdaşlar qarşısında vəzifələri düzgün qoymaq bacarığı və qərar qəbul etmək qabiliyyəti;

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını “Kart məhsulları və layihələrin idarə olunması şöbəsi üzrə aparıcı mütəxəssis” email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az