Cümə, 9 May, 2025

Pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr arasında təhsil mövzularında debat turniri!


  • Yazar: RasimAbdu
  • | Dərc edildi: 21 Aprel, 2023 - 16:27
Pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr arasında təhsil mövzularında debat turniri!

Əziz debatsevər pedaqoji ixtisaslarda təhsil alan dostlarımız, bu layihə məhz sizin üçündür! 

 

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçılığı ilə pedaqoji və təhsil yönümlü ixtisaslarda təhsil alan tələbələr arasında təhsil sahəsinin aktual mövzuları üzrə debat turnirləri təşkil ediləcək. 

 

Tənqidi və analitik düşüncə qabiliyyətinin formalaşdırılması, araşdırma və təhlil, özünü ifadə və diskussiya bacarıqlarını təkmilləşdirilmək imkanı yaradacaq layihə çərçivəsində ilkin mərhələdə debat haqqında təməl məlumatların və oyun qaydalarının izah ediləcəyi təlim kursu təşkil ediləcək. Növbəti mərhələdə təlim proqramını uğurlu tamamlamış tələbələr arasında debat turnirləri keçiriləcək və qalib komandalara sertifikat və mükafatlar təqdim olunacaq.

 

Qeyd edək ki, layihədə iştirak üçün müraciət edəcək tələbələrin pedaqoji sahədəki bilik və bacarıqlarının, həmçinin təhsil siyasətinə dair ümumi məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədi ilə qiymətləndirmə mərhələsi təşkil olunacaq. 

 

Təhsil sahəsində müzakirə həmişə faydalı və maraqlıdır, belə ki, qeydiyyatdan keçməyə tələsin və turnirlərdə rəqib olmaq istədiyiniz dostlarınızı rəy bölməsində qeyd edin. 

 

🖇️Qeydiyyat formu: https://forms.gle/mXLwdfuyBsayNRxC7 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 291
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 712
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 364
Xaricdə təhsil almaq...
"Gənc Arıçı” layihəs...
“Legal Ring” intelle...
Girls Code təqaüd pr...
Azərbaycan Kibertəhl...
“Liderlik Akademiyas...
Peerstack Academy 2-...
ÖDƏNİŞSİZ Eksklüziv ...