Cümə axşamı, 31 İyul, 2025

"Nə? Harada? Nə zaman?" İntellektual Oyunu keçiriləcək


  • Dərc edildi: 21 Aprel, 2023 - 16:26
"Nə? Harada? Nə zaman?" İntellektual Oyunu keçiriləcək

Əziz incəsənətsevər könüllülərimiz

 

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Gənc Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə təsviri incəsənət, rəngkarlıq, dekorativ-tətbiqi sənət, sənətşünaslıq və əlaqəli ixtisaslarda təhsil alan, həmçinin sözügedən sahələr ilə həvəskar şəkildə məşğul olan, dünya görüşünə güvənən tələbələr arasında “Nə? Harda? Nə zaman?” formatında intellektual turnir təşkil edilir. Turnirdə tərkibi 5 nəfərdən ibarət olmaqla ümumilikdə 12 komandanın mübarizə aparması nəzərdə tutulur. 

 

Layihənin keçirilməsində əsas məqsəd gənclərinin maarifləndirilməsinə, intellektual inkişafına, təşkilatlanmasına, fərdi və sosial inkişafının təmin olunmasına dəstək göstərməkdir.

 

Qeyd edək ki, sonda turnirin qalibləri medal və hədiyyələr ilə təltif olunacaqlar. 

Son müraciət tarixi: 25.04.2023, 23:59

 

Qeydiyyat üçün link: https://docs.google.com/forms/d/e/1FAIpQLScFb4IFIiV1HxHm4ZOtW3mIAxgne9-GHDPDgGuvODNY8ifCkQ/viewform

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 278
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 880
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 781
Azərbaycan Texnologi...