Təsvir
İşiniz nədən ibarətdir?
- Giriş icazələrinin idarə olunması siyasəti və giriş nəzarət mexanizmlərinə əsasən fiziki daxil olmaqla identiklik və girişə nəzarət;
- Proqram və avadanlıq inventar yoxlamalarının təmin edilməsi;
- Dövri təhlükəsizlik yoxlamalarının aparılması;
- Biznes üçün kritik məlumatın inventar, təsnifat və identikliyinin müəyyən olunması;
- Məlumat itkisinin qarşısının alınmasına nəzarət və davamlı olaraq təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
- Bütün biznes prosesləri, məhsul və xidmətlərdə İnformasiya Təhlükəsizliyi tələblərinin təyin olunmasına cavabdehlik;
- İnsident və problemin idarə edilməsi prosesində yüksək təsirə malik insidentlərin və problemlərin araşdırılması;
- Tənzimləyici uyğunluqların təmin olunması və beynəlxalq təcrübələrə əsaslanan təhlükəsizlik nəzarətlərinin quraşdırılması;
- Dövri və tələb olunan hesabatların təqdim olunması;
- Daxili və xarici siyasət/proseslərə riayət olunmasına nəzarət.
Tələblər
Sizdən nə tələb olunur?
Təhsil: İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları, Riyaziyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili
İş təcrübəsi: İnformasiya təhlükəsizliyi və ya digər müvafiq sahə üzrə ən az 3 il
Lisenziya / Sertifikat: CompTIA Security+ və ya digər başlanğıc səviyyəli sertifikat
Xarici dillər: İngilis
Kompüter bilikləri: MS Office
Məhsul üzrə biliklər: Əsas bank sistemləri, kart tətbiq sistemləri üzrə bilik və şəbəkə cihazları üzrə təcrübə
Digər:
- Analitik biliklər
- Detal yönümlü və diqqətli olmaq
- Ən yaxşı təhlükəsizlik təcrübələri (NIST, ISO 27000X, PCI DSS) üzrə biliklər
Müraciət et
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur