
Azərbaycanın ən böyük işəgötürən şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Sizi "Rəqəmsal Yollar" təcrübə proqramına qoşularaq texnologiya ilə gələcəyi qurmağa dəvət edir!
Aşağıdakı istiqamətlərdən birini "vəzifə başlığı" bölməsində qeyd etməklə, seçdiyiniz sahə üzrə təcrübə proqramında iştirak etmək imkanı əldə edəcəksiniz:
Proqramlaşdırma mühəndisliyi
- Java, C#, Python proqramlaşdırma dilləri və alətlərindən istifadə edərək rəqəmsal həllərin hazırlanması
DevOps mühəndisliyi
- Linux ƏS-li platformalarda mövcud sistem, xidmət və infrastrukturun analiz olunaraq təkmilləşdirilməsi
Layihə idarə edilməsi
- Biznes modelləşdirmə və analiz metodologiyaları ilə Jira, Confluence kimi idarəetmə alətlərindən istifadə edərək layihələrin effektiv planlaşdırılması, həyata keçirilməsi və idarə olunması
Biznes analitikası
- Mövcud biznes proseslərini təhlil edərək təkmilləşdirmə imkanlarının müəyyənləşdirilməsi və bu əsasda iş axışlarının, funksional tələblərin və texniki spesifikasiyaların hazırlanması
Sistem inzibatçılığı
- Sistemlərin dizaynı və onların texniki xüsusiyyətlərinin hazırlanması
Data analitikası
- Məlumat bazalarından (SQL) məlumatların əldə edilməsi və təhlil üçün hazırlanması
Texniki dəstək
- Ofisdə istifadə olunan bütün İT avadanlıqlara texniki baxışın həyata keçirilməsi və yarana biləcək nasazlıqların vaxtında həlli üçün operativ reaksiya verilməsi.
Təcrübə proqramı dövründə Siz aşağıdakılardan faydalanmaq şansı əldə edəcəksiniz:
- Ödənişli təcrübə imkanı;
- Nəzəri biliklərinizi real iş mühitində tətbiq etmək imkanı;
- Peşəkar heyətimizin təcrübəsindən faydalanmaq imkanı;
- Şirkətdaxili təlim fürsətləri;
- Gələcək karyera imkanı;
- Dəyişkən iş qrafiki.
Tələblər
- Müvafiq sahə üzrə 4-cü kurs bakalavr və ya magistr təhsili almaqda olan tələbələr;
- İngilis və ya Rus dili biliklərinə üstünlük verilir;
- Müraciət etdiyi sahə üzrə sertifikatların olmasına üstünlük verilir.
Son tarix
April 21, 2025
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur