Çərşənbə axşamı, 1 İyul, 2025

Bank sektrounda ilk dəfə yalnız xanımlar üçün “Future BankHers” təcrübə proqramı


  • Dərc edildi: 14 Sentyabr, 2023 - 17:17
Bank sektrounda ilk dəfə yalnız xanımlar üçün “Future BankHers” təcrübə proqramı

Bilirdinizmi ki, Access Bank BMT-in Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulmuş ilk Azərbaycan bankıdır?!Mikromaliyyələşdirmə lideri olaraq müxtəlif sosial layihələrdə qadınlara aktiv dəstək göstəririk. Biz inanırıq ki, qadınların biznesin bütün səviyyələrində təmsil olunması ölkənin gələcək inkişafı üçün vacibdir.

Bunu nəzərə alaraq, böyük məmnuniyyət hissi ilə bank sektrounda ilk dəfə yalnız xanımlar üçün “Future BankHers” təcrübə proqramını elan edirik!

İştirakçılar 3 ay davam edəcək təcrübə proqramında “AccessBank”ın komandası ilə birgə çalışaraq nəzəri biliklərlə yanaşı, həm də praktiki bacarıqlara yiyələnəcəklər.

Əlavə olaraq, təcrübəçilər üçün mentorluq və peşəyə uyğun təlimlər təşkil olunacaq.

Təcrübə üçün nəzərdə tutulan sahələr:

· Mikro və aqro müştərilərlə iş;
· İnsan resursları;
· Hüquq və komplayens;
· Maliyyə;
· Risklərin idarə edilməsi;
· Bank ödənişləri;
· Pərakəndə bankçılıq;
· Marketinq;
· İT;
· Əlaqə mərəkəzi.

Müraciət üçün link: https://lnkd.in/dMVyPQqF

Müraciət üçün son tarix: 10.10.2023.

Tələblər
Təcrübə programında iştirak üçün xanımlar Bakalavr dərəcəsi- IV kurs/ Magistr tələbəsi və ya yeni məzun olmalıdır.
Əsas tələblər: güclü analitik və mükəmməl ünsiyyət bacarıqları, komanda işi.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 3
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 216
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 851
Eduaspect: Təhsildə ...