Bazar, 1 İyun, 2025

Tələbələr üçün keçiriləcək “WinterCamp 2023” qış universitetinin qeydiyyat tarixi uzadılıb


  • Dərc edildi: 9 Yanvar, 2023 - 16:50
Tələbələr üçün keçiriləcək “WinterCamp 2023” qış universitetinin qeydiyyat tarixi uzadılıb

Qeydiyyat tarixi uzadıldı!

 

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə qış tətili dövründə tələbələrin bilik və təcrübə mübadiləsinin artırılması, eləcə də asudə vaxtlarının daha səmərəli və faydalı keçirilməsi məqsədilə  fevral ayının ilk iki həftəsində Quba rayonunda “WinterCamp 2023” tələbələr üçün qış universiteti keçiriləcək. 

Qeyd olunan 4 istiqamət üzrə keçiriləcək qış univerisiteti çərçivəsində tələbələr peşəkar mütəxəssislərin, spikerlərin və təlimçilərin iştirakı ilə interaktiv sessiyalarda, panellərdə iştirak edərək ixtisas biliklərini təkmilləşdirmək imkanı əldə edəcəklər. 

 Tələbələrin hazırlıq səviyyəsinin yüksəldilməsinə, bilik və bacarıqlarının artırılmasına, fərdi yaradıcılıq qabiliyyətlərinin inkişafına yönələn 5 günlük düşərgə ərzində iştirakçılar həmçinin müxtəlif maarifləndirici oyunlarda, bir sıra idman yarışlarında iştirak edərək hərtərəfli şəkildə faydalı vaxt keçirəcəklər. 

 Hər biri 5 gün olmaqla 4 fərqli istiqamət üzrə keçiriləcək tələbə düşərgəsində III və IV kursda təhsil alan bakalavrlar, eləcə də magistratura səviyyəsində təhsil alan tələbələr qeydiyyatdan keçərək iştirak edə bilərlər. Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı və müsahibə mərhələsi təşkil ediləcək. Bu mərhələləri uğurla keçən şəxslər iştirak hüququ qazanacaqdır. 

 Qeydiyyat linki: https://forms.gle/4dj5bv9yWrrtLfTb7 

 Qeydiyyat üçün son tarix: 15 yanvar, 2023-cü il. 

 Qış Universitetində iştirakçı sayı məhduddur. Yalnız seçilən şəxslərə yekun seçim nəticələri barədə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək. ⏳

 Əlaqə: [email protected]

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 121
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 175
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 95
XVIII Beynəlxalq Ast...