İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) tələbələr üçün Yay Təcrübə Proqramı təşkil edilir

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA)  tələbələr üçün Yay Təcrübə Proqramı təşkil edilir

 

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2024-cü ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün Yay Təcrübə Proqramı təşkil edilir.

Proqramda iştirak etmək üçün namizədlərə qoyulan minimal tələblər:

·        Yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində və ya 1-ci və ya 2-ci kurs magistratura pilləsində kompüter elmləri, informasiya texnologiyaları, radiotexnika və telekommunikasiya mühəndisliyi, kommunikasiya sistemləri, kompüter mühəndisliyi, iqtisadiyyatın dövlət tənzimlənməsi və ya idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil;
·        cari tədris ilinin yaz semestri üzrə, məzunlarda isə yekun ümumi orta müvəffəqiyyət göstəricisi 75-80 baldan yuxarı olmalıdır.
·        İngilis dili yüksək səviyyədə
·        Rus dili arzu olunandır
·        “Microsoft Office” proqramları ilə işləmə bacarığı (Word, Excel və.s)
·        Yeniliklərə açıq, öyrənməyə həvəsli;
·        Yüksək kommunikasiya bacarığı, komanda işi, analitik bacarıqlar;

Təcrübə proqramının üstünlükləri:

·        Tələbələr üçün nəzəri biliklərini praktikada tətbiq etmək;
·        Telekommunikasiya sahəsində praktiki bilik və bacarıqların formalaşdırılması məqsədilə keçiriləcək təlimlərdə iştirak imkanı;
·        Təcrübə keçən tələbələrə proqramda iştirakla bağlı sertifikatın verilməsi;
·        Təcrübə proqramını uğurla tamamlayan tələbələrin işə qəbulla bağlı dəyərləndirilməsi;

Proqramda iştirak etmək üçün seçim mərhələləri:

·        Sənəd qəbulu üzrə ilkin yoxlamanın aparılması;
·         müsahibə: 
-Tanışlıq xarakterli suallar (Ice Breaker) 
-Texniki suallar (Technical)
-Səriştənin dəyərləndirilməsinə dair suallar (Competency-based)
·        Namizədlərin keys əsaslı tapşırıqları üzrə qiymətləndirilməsi

Proqramda iştirak etmək üçün sənəd qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə 06 may 2024-cü il tarixindən 31 may 2024-cü il tarixinədək həyata keçiriləcək.

Yay təcrübə proqramının müddəti 28 iyun 2024-cü il tarixindən 28 avqust 2024-cü il tarixinədək davam edəcək.

Seçimlərdən uğurla keçən namizədlər iki ay boyunca (28 iyun-28 avqust) keçiriləcək proqram çərçivəsində siz maraqlı layihələrdə iştirak edərək real təcrübə qazanmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək, ən əsası isə İKTA-da işlə təmin olunma şansını əldə edəcəklər!

Müraciət edən namizədlər arasından yalnız daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Maraqlanan namizədlər öz CV-lərinin mövzu hissəsinə “Yay Təcrübə Proqramı” yazaraq tələbə biletini və akademik transkripti mütləq qaydada fayl şəklində əlavə edərək [email protected] ünvanına göndərə bilərlər.

Müraciətləri qəbul edilən namizədlərə ilkin seçim mərhələsində iştirak barədə məlumatlar əvvəlcədən veriləcəkdir.

Tələbələri yay təcrübə proqramımıza qoşularaq, bu fürsətdən yararlanmağa dəvət edirik!

İKTA haqqında ətraflı məlumat almaq üçün: https://lnkd.in/eB4ig3ge


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az