Cümə axşamı, 14 Avqust, 2025

"“Gənc müəllimlərin debat çempionatı” - gənclərdə “soft skills” təməl bacarıqların formalaşdırılması” layihəsinin debat təlimləri keçirilib


  • Dərc edildi: 24 Oktyabr, 2022 - 17:34
"“Gənc müəllimlərin debat çempionatı” - gənclərdə “soft skills” təməl bacarıqların formalaşdırılması” layihəsinin debat təlimləri keçirilib

2022-ci il 22 və 23 oktyabr tarixlərində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə Bakı şəhərində 

"“Gənc müəllimlərin debat çempionatı” - gənclərdə “soft skills” təməl bacarıqların formalaşdırılması” layihəsinin debat təlimləri keçirildi.

Təlim zamanı müəllimlər "Debatda Hakimlik", "Milli debat proqramı", "Karl-Popper Debat Formatı", "Debat fəlsəfəsi və metodologiyası" və "Debatın Tarixi" mövzularında yeni biliklərə yiyələnmişlər. Bununla bərabər, "Debatda çarpaz suallar", "Debatın əsas anlayışları", "Debatın vəzifələri" və "Debatda toqquşma nöqtələri" praktiki olaraq izah edilmiş və fikir mübadiləsi aparılmışdır. 

Layihənin məqsədi yeniyetmələr və regionun gənc müəllimləri arasında 21-ci əsr bacarıqları sırasında olan ünsiyyət, özünü təqdimetmə və natiqlik bacarıqlarının inkişaf etdirilməsidir. 

30 oktyabr tarixində təlimlərdə iştirak etmiş müəllimlər arasında Çempionat keçiriləcəkdir.

Qeyd edək ki, bu layihə 2022-ci il aprel ayının 13-də  Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsində qalib olmuşdur.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6501
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1448
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 566
“İnnovativ məktəb” l...