Çərşənbə axşamı, 8 İyul, 2025

AccessBank növbəti dəfə bankçılıq və maliyyə sahəsində karyera qurmaq istəyən gənclərə əla fürsət təqdim edir


  • Dərc edildi: 16 Yanvar, 2025 - 17:10
AccessBank növbəti dəfə bankçılıq və maliyyə sahəsində karyera qurmaq istəyən gənclərə əla fürsət təqdim edir

AccessBank növbəti dəfə bankçılıq və maliyyə sahəsində karyera qurmaq istəyən gənclərə əla fürsət təqdim edir!
 


Bu dəfə biz ödənişli “MicroCredit School” təcrübə proqramına start veririk və gənclərə mikrobizneslərin kreditləşməsi sahəsində dəyərli təcrübə qazanmaq imkanı yaradırıq. Təcrübəçilərə layihələr üzərində işləmək, peşəkar təcrübə əldə etmək və təcrübəli mütəxəssislərlə əməkdaşlıq etmək imkanı təqdim edirik. 

Proqram çərçivəsində iştirakçılar iki ay ərzində müxtəlif təlimlərə qatılacaq və Abşeron üzrə filiallarımızda real iş mühitində təcrübə qazanacaqlar. Ən əsası isə “MicroCredit School” proqramının uğurlu iştirakçıları AccessBank komandasına qoşulmaq imkanı əldə edəcəklər.

Əgər bankçılıq sahəsində karyera qurmaq, ölkəmizin iqtisadi inkişafına töhfə vermək, peşəkar komandaya qoşulmaq arzusundasınızsa, müraciət etməyi unutmayın. Gəlin mikrobizneslərin inkişafına birgə dəstək olaq! 

 Müraciət üçün son tarix: 26.01.2025
 Müraciət üçün linkə keçin: LİNK

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!
08 İyul, 2025 - 12:23 61
Məktəbəhazırlıq qrup...
Kaspi Kids "Ələkbər əmi"nin xatirəsini anıb
07 İyul, 2025 - 12:34 63
Kaspi Kids "Ələkbər ...
Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 280
Xaricdə təhsil alan ...