Ekvayrinq və riskli əməliyyatların monitorinqi üzrə mütəxəssis vakansiyası

“Bank Respublika” ASC Ekvayrinq və riskli əməliyyatların monitorinqi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Etiraz ərizələri (Chargebacks) ilə iş: baxılması, təhlili, növbəti addımların müəyyən edilməsi;
  • Etiraz ərizlərinin Visa və Mastercard sistemlərində qeydiyyata alınması (VROL, Mastercom);
  • Banka qarşı sürülən etiraz ərizələrinin izlənməsi, cavablandırılması və sonrakı nəzarət;
  • Banka qarşı sürülən etiraz ərizələri üzrə sənədlərin toplanması, araşdırılması və müvafiq qərarın qəbul edilməsi;
  • Etiraz ərizələri üzrə tələb olunan hesabatlığın tərtib olunması;
  • Elektron ticarətdə yarana biləcək risklərin təhlili;
  • Bankın kartları ilə aparılan əməliyyatların mütəmadi təhlili və potensial risklərin müəyyən edilməsi;
  • Bankın ekvayrinq şəbəkəsində aparılan əməliyyatların təhlili və potensial risklərin müəyyən edilməsi.

Namizədə qarşı tələblər:

  • Ali iqtisadi təhsil;
  • Bank kartları sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
  • Etiraz əməliyyatları (Chargebacks) haqqında biliklər və bu əməliyyatların aparılması bacarıqları;
  • Etiraz əməliyyatlarına dair Ödəniş Sistemlərinin qaydaları haqqında biliklər;
  • Risklərin və “fraud” hallarının müəyyən edilməsi məqsədilə kartlar ilə aparılan əməliyyatları təhlil etmə qabiliyyəti;
  • Ödəniş Sistemləri və prosesinq şirkətinin nümayəndələri ilə danşıqların aparılması təcrübəsi;   
  • Komandada işləmək və digər struktur bölmələr ilə əlaqələr qurmaq bacarıqları;
  • Diqqətlilik, məsuliyyət və məqsədyönlülük.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07 iyul 2023-cü il tarixinədək email-in mövzu hissəsində Ekvayrinq və riskli əməliyyatların monitorinqi üzrə mütəxəssis qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az