Bazar, 1 İyun, 2025

Mühasib vakansiyası


  • Dərc edildi: 3 Aprel, 2025 - 20:37
Mühasib vakansiyası

 Mühasib vakansiyası

 

Vakansiya: Mühasib

 Məkan: Yüksək Texnologiyalar Parkı 

Vakansiya növü: Tam-ştat 

Qrafik: Həftəiçi 5 gün (08:30-17:30)


Son müraciət tarixi: 17 aprel 2025

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində “ETN Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Yüksək Texnologiyalar Parkının əsas məqsədi iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdır. 

İş barədə məlumat: 

●    E-Qaimə fakturalarının və hesab-fakturalarının tərtib edilməsi və göndərilməsi; 

●    Təhvil-təslim aktlarının hazırlanması;

 ●    Debitor və kreditor üzləşmələrinin aparılması; 

●    Bank ödəniş tapşırıqlarının hazırlanması; 

●    Aylıq, rüblük və illik statistika, DSMF və ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına təqdim edilməsi; 

●    Aylıq mal-material hesabatlarının hazırlanması; 

●    İllik əsas vəsaitlərə dair hesabatların hazırlanmasında iştirak; 

●    Baş mühasibin digər tapşırıqlarının yerinə yetirilməsi. Namizədə dair tələblər: 

●       Müvafiq sahədə 2 il iş təcrübəsi; 

●       Dil bilikləri: Azərbaycan dili / (rus və ingilis dili bilikləri arzu olunandır.); 

●       1C 8.2 və 8.3 yüksək səviyyədə bilmək və işləmək bacarığı; 

●       İqtisadiyyat sahəsində ali təhsil;

 ●       Mühasibat uçotu və vergi uçotu ilə bağlı nəzəri və praktiki bilik; 

●       Yaxşı səviyyədə MS Office (əsasən Excel) bilikləri; 

●       Kollektivdə işləmək bacarığı; 

●       Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurlarını bilməli.

 Müraciət qaydası: Mövzu yerinə “Mühasib” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 123
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 176
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 95
XVIII Beynəlxalq Ast...