Bazar ertəsi, 2 İyun, 2025

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində vakansiya


  • Dərc edildi: 24 Avqust, 2022 - 18:12
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində vakansiya

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi operator vəzifələri üzrə müvafiq qurumlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

- Müsabiqədə yaşı 25-dən 30-dək,

- boyu 160 santimetrdən yuxarı olan,

- Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş,

- əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla),

-"Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən, Bakı şəhərində daimi qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının qadın cinsli vətəndaşları iştirak edə bilərlər. 

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyi baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, fiziki hazırlıqları və biliк səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılaraq, kompüter və rabitə avadanlıqları ilə işləmək, analitik düşünmə və araşdırma, düzgün qərar vermək və problem həll etmək qabiliyyətlərinə malik, komandada işləmək bacarıqları və qrammatik bilikləri yüksək səviyyədə olan, məsuliyyətli, diqqətli və inkişafa meyilli, ən azı xarici dillərdən birini sərbəst bilən və ailəli şəxslərə üstünlük veriləcəkdir.

Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə 500-800 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır. 

İştirak etmək istəyən şəxslər 2022-ci ilin avqust ayının 25-dən sentyabr ayının 25-dək Daxili İşlər Nazirliyinin internet saytında www.mia.gov.az yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını  şəxsən dolduraraq elektron poçt vasitəsilə DİN-in Baş Kadrlar İdarəsinin [email protected] elektron ünvanına göndərməlidirlər.  

Əlavə məlumat üçün əlaqə telefonları:  

(012) 590-80-63

(012) 590-80-66

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 31
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 125
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 146
Lisey və gimnaziyala...