
Vakansiya: İnformasiya texnologiyaları şöbəsi Helpdesk
Vəzifə üzrə əsas tələblər:
Təhsil: Ali
Dil bilikləri: Azərbaycan, İngilis dili B1.
Şəxsi və işgüzar keyfiyyətləri: Dəqiq, məsuliyyətli, operativ, təmkinli.
Vəzifə öhdəlikləri:
Noutbuk, personal kompyuter, printer və digər şəbəkə avadanlıqlarının quraşdırılması və proqram təminatlarının yüklənməsi;
Problemlərin aşkar olunaraq operativ şəkildə icra olunmasını təmin etmək;
Kompyuter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, şəbəkənin monitorinqinin təmin edilməsi;
Müraciət olunmuş sorğularının vaxtında və düzgün həll edilməsinin təmin edilməsi;
Masaüstü və noutbuk kompyuterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı.
Windows əməliyyat sistemində işləmə bacarığı
İş masalarını domain sisteminə əlavə ədilməsi və sazlanılması.
Windows Server, Active Directory və Group Policy üzrə tam xəbərdar olmaq
Əmək şəraitinin şərtləri:
Əmək haqqı: Namizədin səriştə və təcrübəsinə uyğun təklif olunur.
İş vaxtı: 5 günlük iş həftəsi saat 09:00-dan 17:45-dək, cümə günü saat 17:00-dək.
Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlara uyğun verilir.
Tibbi sığorta təminatı.
Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşulmaq imkanı.
“Meqa Sğorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.
Zəhmət olmasa mövzu bölməsində “Helpdesk” qeyd etməklə CV-nizi [email protected] e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət alacaq.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur