
Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edir.
Vəzifə: Proqram iştirakçıları ilə iş üzrə mütəxəssis (Qısa müddətli – 6 aylıq)
İş öhdəlikləri:
• Dövlət proqramı üçün qəbul planlarının hazırlanmasında dəstək göstərilməsi;
• Proqrama müraciət edənlərin məlumatlarını yoxlanılması və namizədlərin qəbul prosesinin yekunlaşması üçün tələb olunan akademik məlumatları ilə bağlı problemlər, çatışmayan sənədlər və s. barədə məlumatlandırılması;
• Müsahibədə iştirak edən ekspertlərin məlumat bazasının yenilənməsinin təmin edilməsi;
• Namizədlərin seçiminin aparılması üçün müsahibələrin təşkilinin həyata keçirilməsi;
• Qəbul zamanı vətəndaş sorğularının cavablandırılması;
• Seçilmiş namizədlərlə oriyentasiya görüşünün keçirilməsində dəstək göstərilməsi;
• Tərəflər arasında müqavilələrin imzalanmasının təmin edilməsi;
• Təqaüdçülərin təhsilinin maliyyələşdirilməsi üçün müvafiq sorğuların maliyyə şöbəsi ilə əlaqələndirilməsinin təmin edilməsi;
• İkitərəfli müqavilə üzrə proqram iştirakçılarının öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edilməsi və vəziyyətə dair mütəmadi arayışların hazırlanması;
• Müvafiq məlumat mənbələrinin yenilənməsinin təmin edilməsi;
• Müvafiq statistik hesabatların hazırlanması və mütəmadi yenilənməsinin təmin edilməsi;
• Tələbələrin məzun bazasının formalaşdırılmasının təşkil edilməsi;
• Rəhbər tərəfindən verilən digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi.
QEYD: CV-lərinizi “Proqram koordinatoru” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərin.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur