Planlama üzrə mütəxəssis vakansiyası

“FAB Boya və Kimya Sənayesi” MMC-nin istehsalat müəssisəsi üçün planlama üzrə mütəxəssis axtarılır. 

Vakansiya: Planlama üzrə mütəxəssis



Vəzifə öhdəlikləri:


1. İstehsal planlaması:
o  Günlük, həftəlik və aylıq istehsal planlarının hazırlanması
o  Zavodun istehsal gücünü nəzərə alaraq optimal istehsalat qrafiklərinin tərtibi
o  İstehsalat planlarının Mikro-ERP proqramına daxil edilməsi
2. Xammal və material təchizatı:
o  Xammal ehtiyaclarını hesablayıb satınalma şöbəsinə təqdim etmək
o  Material ehtiyatlarını nəzarətdə saxlamaq və stockout risklərini öncədən müəyyənləşdirmək
3. Avadanlıq yüklənməsi və baxım planlaması:
o  Avadanlıqların iş qrafikini optimallaşdırmaq, boşdayanma müddətlərini azaltmaq
o  Texniki xidmət cədvəllərinin planlamasında iştirak etmək və koordinasiya etmək
4. İşçi resurslarının planlaşdırılması:
o  İstehsalat işçilərinin yük bölgüsünü analiz etmək və növbəli iş sisteminin təşkilini tənzimləmək
o  İşçi qüvvəsi tələbatını müəyyənləşdirib kadrlar şöbəsi ilə birgə tədbirlər görmək
5. Keyfiyyət və zay məhsulun azaldılması:
o  Zay məhsul faizini təhlil etmək və səbəblərini araşdırmaq
o  Keyfiyyətə nəzarət şöbəsi ilə birlikdə istehsal proseslərində optimallaşdırma aparmaq
6. Zavodun məhsuldarlıq analizi:
o  İstehsalat göstəricilərini təhlil edib inkişaf planları hazırlamaq
o  Yeni optimallaşdırma metodlarını təklif etmək və tətbiqini izləmək
7. Resepturalara nəzarət və idarəetmə:
o  Resepturalara nəzarət və onların prosedura uyğun idarə edilməsi
o  Yeni məhsulların kodlarının formalaşdırılması və sistemə işlənməsi
o  Resepturalarda baş verəcək dəyişikliklərin prosedura uyğun icra edilməsi
 


Namizəddən tələblər:


1. Ali təhsil (Sənaye mühəndisliyi, İstehsalat və əməliyyat idarəetməsi, Mexanika mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Kimya mühəndisliyi və ya aidiyyəti sahələr) 
2. Planlama və istehsalat sahəsində minimum 2 il iş təcrübəsi
3. Mikro-ERP, MS Excel və digər planlama proqramlarında işləmə bacarığı
4. Analitik düşüncə və problem həll etmə bacarığı
5. Komanda ilə effektiv əlaqə qurma bacarığı
6. Məsuliyyətli, detallara diqqətli və dəqiq olmaq



Biz sizə nə təklif edirik?


-  Müasir, dinamik və səmərəli iş mühiti;
-  Karyera və fərdi inkişaf imkanları.
Əgər planlama üzrə mütəxəssis kimi inkişaf etmək və şirkətimizə dəyər qatmaq istəyirsinizsə, CV-nizi “Planlama üzrə mütəxəssis” başlığı ilə [email protected] ünvanına göndərin!


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az