“İnsan Resursları üzrə Analitik” vakansiyası

Avrora MMC “İnsan Resursları üzrə Analitik” vakansiyasını elan edir! 



Əsas vəzifə öhdəlikləri:


·  İnsan Resurslarının İnformasiya Sistemindən, rəhbərliyin və əməkdaşların sorğularından, işdən çıxarılma zamanı müsahibələrdən və digər müxtəlif mənbələrdən də daxil olmaqla, verilənlərin toplanması və onların əsasında hesabatlar hazırlanması;
·   Verilənlərin toplanması nəticəsində hazırlanan hesabatların nəticələrinin vizuallaşdırılması və rəhbərliyə təqdim edilməsi;
·   Müxtəlif növ İR metriklərdən istifadə etməklə təhlillər aparılması;
·   İşə qəbula, onbordinq praktikalarına, işçi bağlılığına, işçilərin performans göstəricilərinə, motivasiyaya və işçi axınına əsasən tendensiyalar və qanunauyğunluqlar istiqamətində verilənləri və statistik məlumatları təhlil edilməsi;
·   İnsan Resurslarının İnformasiya Sisteminin və departamentin fəaliyyətinə aid olan digər hesabatların müxtəlif mənbələrini təkmilləşdirilməsi, avtomatlaşdırılması və dövri monitorinqin aparılması;
·   İR Departamentin cari prosedurlarını nəzərdən keçirilməsi və təkmilləşdirilməsi, iş proseslərinin təsviri və standartlaşdırılması üçün yeni sənədlərin hazırlanması;
·   Şirkət səviyyəsində tətbiq olunan Performansın İdarəolunması Sisteminin təşkilini və koordinasiyasının həyata keçirilməsi;
·   İşin icrası zamanı şirkət tərəfindən təqdim olunan strateji məlumatların məxfiliyinin qorunmasını tam şəkildə təmin edilməsi;
·   İR Departamenti tərəfindən həyata keçirilən layihələrin ən qabaqcıl standartlara uyğun olmasını tətbiq və təbliğdə iştirak edilməsi.

 


Tələb olunan bilik və bacarıqlar:


·   Yüksək səviyyədə Power BI və Excel bilikləri;
·   Korporativ informasiya sistemləri (ESD və s.) ilə tanışlıq;
·   Problem həll etmə bacarığı;
·    Analitik düşüncə;
·    Komanda ilə işləmək bacarığı.

 


Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:


·    Təhsil: Ali;
·    İş təcrübəsi: Sahə üzrə min. 2 il iş təcrübəsi;
·    Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, ingilis dili arzu olunandır.
 


İş şərtlərimiz:


·    İş qrafiki : Tam iş günü (5 gün);
·    İş yeri : Aşıq Molla Cümə, 46C.
·    İş saatı: 09:00-18:00.



Biz nə təklif edirik:


•    Əmək bazarında rəqabətli əməkhaqqı;
•    Peşəkar komanda mühiti;
•    Təlim və inkişaf imkanları;
•    Şirkət hesabına korporativ nömrə.


Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Analitik” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az