Elm və Təhsil Nazirliyi təcrübə proqramı elan edir

Elm və Təhsil Nazirliyi təcrübə proqramı elan edir

Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsi tələbə və yeni məzunlar üçün 3 aylıq təcrübə proqramı elan edir.
Aşağıdakı sahələr üzrə ali təhsil müəssisələrinin müxtəlif ixtisaslarında 2, 3 və 4-cü kurslarda təhsil alan bakalavr və magistr tələbələrini, yeni məzunları (son 3 ildə məzun olmuş), eləcə də təhsil sahəsində işləməyə marağı olan gəncləri təcrübi bilik və bacarıqlar əldə etmək üçün iyun-avqust aylarında təcrübə proqramında iştiraka dəvət edirik.

Qeyd: pedaqoji profilli və təhsilin idarə olunması üzrə ixtisaslar üstünlükdür.

Təcrübə proqramının əhatə etdiyi sahələr:
o vətəndaş müraciətlərinin cavablandırılması (Çağrı Mərkəzi və Vətəndaşların Qəbulu Mərkəzi);
o vətəndaş müraciətlərinin cavablandırılması (sosial media və elektron platformalar vasitəsilə);
o müraciətlərin təhlili və monitorinqi (analitikası);
o sənədlərin dövriyyəsi və arxiv işi (dəftərxana).

Müsahibə nəticəsində seçilmiş təcrübəçilər 3 ay müddətində keçiriləcək təcrübə proqramı çərçivəsində vətəndaşlara xidmət, vətəndaş müraciətlərinin cavablandırılması, müraciətlərin təhlili, analitikası, Çağrı Mərkəzi, sosial media səhifələrinin idarə edilməsi istiqamətində fəaliyyət göstərməklə təhsil sahəsində təcrübə qazanmaq imkanı əldə edəcəklər.

Təcrübə proqramına qoşulmaq istəyən namizədlərdən öz CV-lərini 10 may 2023-cü il tarixinədək “Təcrübə proqramı və seçdiyiniz sahə” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az