Çərşənbə axşamı, 3 İyun, 2025

Yüksək Təhsil İnstitutunun Beynəlxalq Biznes Məktəbinə akademik məsləhətçi vəzifəsinə vakansiya elan edilir


  • Dərc edildi: 11 Fevral, 2025 - 20:17
Yüksək Təhsil İnstitutunun Beynəlxalq Biznes Məktəbinə akademik məsləhətçi vəzifəsinə vakansiya elan edilir

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində fəaliyyət göstərən Yüksək Təhsil İnstitutunun Beynəlxalq Biznes Məktəbinə akademik məsləhətçi vəzifəsinə vakansiya elan edilir. 

Tələblər:

· Ali təhsil – magistr dərəcəsi  (iqtisadiyyat, menecment, IT və mühəndislik ixtisasları üzrə);

· Təhsil sahəsi üzrə iş təcrübəsi (Tyutor təlim sertifikatı arzuolunandır);

· "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək;

· Dil bilikləri: rus, ingilis və s. xarici dillərdə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı üstünlükdür;

· Ms Office (Word, Excel, Power Point) proqramları üzrə biliklər;

· Ali məktəb pedaqogikasını və psixologiyasını, tələbələrlə davranış qaydalarını, onlarla işin psixoloji xüsusiyyətlərini bilmək.

 Əmək funksiyaları:

· Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin qaydaları ilə tələbələri məlumatlandırmaq;

· Tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim etmək;

· Fərdi və qrup şəklində tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhətlər vermək;

· Tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil etmək və ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planlarının tərtibində iştirak etmək;

· Tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərmək;

· Yay semestrinin təşkilində iştirak etmək;

· AzTU-nun Elektron Təhsil Sisteminə tələbələrlə bağlı məlumatları daxil etmək və izləmək;

· AOİTAS (Ali və ORTA İxtisas Təhsili Alt Sistemi) sisteminə təhsil alanlarla bağlı məlumatları daxil etmək;

· Aralıq və yekun dövlət buraxılış imtahanlarının təşkilində iştirak etmək.  

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 19.02.2025

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 35
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 154
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 149
Lisey və gimnaziyala...