"RAMCO" QSC "Smeta Mühəndisi" pozisiyasını vakant elan edir!
Namizədə olan tələblər:
· Təhsil: Ali (İnşaat Mühəndisliyi ixtisası üzrə təhsil almış namizədlərə üstünlük veriləcək);
· Müvafiq sahə üzrə minimum 3 il təcrübə;
· MS Excel-lə yüksək səviyyədə işləməyi bacarmalıdır;
· İngilis dilində sərbəst danışıq və yazı;
· Autocad proqramında işləməyi bacarmalıdır;
· Ezamiyyətlərə getməyə hazır olmalıdır;
Vəzifə öhdəlikləri:
· Tender təklifinin hazırlanmasında birbaşa iştirak etmək. İş həcmlərinin layihəyə uyğunluğunu yoxlamaq;
· Layihənin smetası, çertyojları və spesifikasiyaları ilə tanış olmaq;
· Subpodratçılar tərəfindən icra olunan işi müəyyənləşdirmək; kommersiya təkliflərinə dair müraciətləri formalaşdırmaq və göndərmək;
· Xaricdən alınan materialları və cihazları müəyyənləşdirmək. Kommersiya təkliflərinə dair müraciətləri formalaşdırmaq və lazımi çertyojlar və spesifikasiyalar ilə birgə təchizat şöbəsinə göndərmək;
· Layihənin, həmçinin subpodratçılar üçün alınmalı materialların siyahısını hazırlamaq və qiymətlərə dair sorğunu təchizat şöbəsinə göndərmək;
· Texniki xüsusiyyətləri və sayı göstərilməklə layihə üçün lazımi maşın-mexanizmlərin siyahısını hazırlamaq, kirayə qiymətlərin və yanacaq sərfiyatı normalarının əldə olunması məqsədi ilə nəqliyyat şöbəsinə göndərmək;
· İş həcmlərinin cədvəlinin hər bəndinə uyğun 1) texnika və işçi qüvvəsi, 2) materialların hər vahidinə dair qiyməti göstərmək. Hazır işəmuzd qiymətləndirilməsi olmayan işlər, həmçinin, maşın-mexanizmlərin cəlb edilməsi ilə görülən işlər üçün işlərin görülməsinin maya dəyərinin kalkulyasiyası aparılmalıdır;
· Bütün hesablamaları və maya dəyərinin yekun smetasını yoxlanması məqsədilə Texniki şöbənin rəhbərinə təqdim etmək;
· Sahə texniki ofisindən gələn hesabatları yoxlamaq, bu hesabatlar əsasında aylıq irəliləmə hesabatı hazırlamaq;
· Subpodratçılara veriləcək işin həcmini və qiymətini razılaşdırmaq;
· Təsdiq olunmuş qiymətlər cədvəlinə uyğun ümumi forma-2 ləri hazırlayıb rəhbərliyə imza üçün təqdim etmək.
İş şərtlərimiz:
· Əmək haqqı: Müsahibə nəticəsinə əsasən təyin ediləcək;
· İş qrafiki : həftə içi 5 gün, 08:30 – 17:30;
· İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. 28/30 (21 saylı məktəbin yaxınlığında).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Smeta Mühəndisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur