Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən “Maliyyəçisən” təcrübə proqramı ölkənin yüksək potensiallı gənclərinə biliklərini təkmilləşdirmək və praktiki təcrübələrini artırmaq imkanı təqdim edir.
Mərkəzi bankçılıq sistemi üzrə əvəzsiz təcrübə qazandıracaq bu proqram gənclərə uğurlu karyera yolunda inamla irəliləməyə təkan verəcək. İştirakçılar təcrübə müddəti ərzində seçilən istiqamətlər üzrə təyin olunan mentorların dəstəyi ilə ən mühüm bacarıqlara yiyələnəcək, müxtəlif bankdaxili təlimlərə qatılacaqlar.
Proqramı uğurla bitirən təcrübəçilərə Mərkəzi Bank tərəfindən sertifikat və tövsiyə məktubu təqdim olunacaq.
Proqram ilə bağlı digər detallar:
Proqramın müddəti - 2 ay (iyul və avqust ayları)
İştirak- həftənin 5 günü
Ödəniş - gündəlik yol və qidalanma xərclərini qarşılaya biləcək məbləğdə təqaüd
Təcrübəçilərin seçim mərhələsi
- Müraciətlərin qəbulu və nəzərdən keçirilməsi
- Test mərhələsi
- Qrup müsahibəsi
- Panel müsahibəsi
2024-cü il üzrə təcrübə proqramının əhatə etdiyi istiqamətlər Tədqiqatlar departamenti Statistika departamenti Pul siyasəti departamenti Maliyyə sabitliyi departamenti Maliyyə sektorunun dayanıqlı inkişafı departamenti Bazar davranışlarına nəzarət departamenti Rezolyusiya departamenti Sığorta fəaliyyətinin tənzimlənməsi departamenti Kapital bazarı fəaliyyətinə nəzarət departamenti Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti Valyuta ehtiyatlarının idarə edilməsi departamenti Nağd pul departamenti İstehlakçılarla iş departamenti Risklərin idarə edilməsi departamenti İnzibati işlər departamenti Satınalmalar departamenti Strategiya və layihə idarəetməsi departamenti İnsan resursları departamenti Maliyyə bazarlarının hüquqi təminatı departamenti Hüquqi və təşkilati işlər departamenti
Proqrama müraciət ilə bağlı məlumat
Kimlər müraciət edə bilər?
Təcrübə proqramına bakalavr pilləsinin 2-ci, 3-cü və 4-cü (və ya sonuncu) kurs tələbələri, magistratura pilləsində təhsil alan tələbələr və son iki ilin bakalavr və magistr məzunları müraciət edə bilər.
Müraciət üçün son tarix hansıdır?
Maliyyəçisən təcrübə proqramına müraciət üçün son tarix 22 aprel 2024-cü ildir.
Necə müraciət etmək olar?
Müraciətlərin qəbulu yalnız aşağıda qeyd olunan keçid vasitəsilə mümkündür:
Əlavə suallarınız yaranarsa [email protected] ünvanına müraciət edə bilərsiniz.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur