Çərşənbə, 20 Avqust, 2025

Azərbaycan Karyera İnkişaf Forumu 2023


  • Dərc edildi: 1 Dekabr, 2023 - 14:01
Azərbaycan Karyera İnkişaf Forumu 2023

Azərbaycan Karyera İnkişaf Forumu dəyişən əmək bazarı barədə agahlıq yaratmaq, gələcəyin vəd etdiyi peşə və bacarıqlarla tanış olmaq və əmək bazarının müvafiq tələblərinə cavab verən peşəkar kadrların yetişdirilməsi üçün hadisələri qabaqlamaq məqsədilə təşkil edilir. 

Forumda yerli, beynəlxalq ekspertlərin iştirakı nəzərdə tutulub. Spikerlərin əsas məqsədi auditoriyanı aktiv iştirakçılığa təşviq etmək, produktivliyin artırılması və təqdimat çıxışları ilə birgə müzakirələr, qrup işlərinin keçirilməsidir. 

Forum zamanı spikerlər iştirakçılarla birgə əməkdaşlıq edərək, yerli vəziyyəti analiz edib, dünya tərcrübəsindəki uğurlu rol modelleri nəzərdən keçirib, sonda gələcəyə yönəlik təklif, alət, ideya və həll yolları verəcəklər.  
Əgər Siz də karyera məsləhətçiliyi, sahibkarlıq, İnsan Resursları, dövlət/özəl sektor idarəedilməsi, təhsil eksperti, kouçinq və inkişaf mentorluğu sahəsində çalışır və bu sahələrə maraqlısınızsa qeydiyyatdan keçə bilərsiniz. 


Tədbirin tarixi: 19 dekabr 2023 
Tədbirin keçiriləcəyi məkan: Baku Marriott Hotel Boulevard
Tədbirin müddəti: 10:00 - 18:00 


QEYD: Tədbirdə yalnız mail adresinə təsdiq gəlmiş və dəvət mailini təsdiqlənmiş şəxslərin iştirakı mümkün olacaq. 

Müraciət et

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7010
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1781
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 701
“İnnovativ məktəb” l...