Bazar, 17 Avqust, 2025

Mərkəzi Bank tərəfindən keçirilən Maliyyəçisən təcrübə proqramına müraciətlərin qəbulu başladı!


  • Dərc edildi: 8 Aprel, 2025 - 12:13
Mərkəzi Bank tərəfindən keçirilən Maliyyəçisən təcrübə proqramına müraciətlərin qəbulu başladı!

Mərkəzi Bank tərəfindən keçirilən Maliyyəçisən təcrübə proqramına müraciətlərin qəbulu başladı!
 

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən “Maliyyəçisən” təcrübə proqramı ölkənin yüksək potensiallı gənclərinə biliklərini təkmilləşdirmək və praktiki təcrübələrini artırmaq imkanı təqdim edir.

Mərkəzi bankçılıq sistemi üzrə əvəzsiz təcrübə qazandıracaq bu proqram gənclərə uğurlu karyera yolunda inamla irəliləməyə təkan verəcək. İştirakçılar təcrübə müddəti ərzində seçilən istiqamətlər üzrə təyin olunan mentorların dəstəyi ilə ən mühüm bacarıqlara yiyələnəcək, müxtəlif bankdaxili təlimlərə qatılacaqlar.

Proqramı uğurla bitirən təcrübəçilərə Mərkəzi Bank tərəfindən sertifikat və tövsiyə məktubu təqdim olunacaq.

 

Proqram ilə bağlı digər detallar:

Proqramın müddəti - 2 ay (iyul və avqust ayları)

İştirak- həftənin 5 günü

Ödəniş - gündəlik yol və qidalanma xərclərini qarşılaya biləcək məbləğdə təqaüd

 

Təcrübəçilərin seçim mərhələsi

  • Müraciətlərin qəbulu və nəzərdən keçirilməsi
  • Test mərhələsi
  • Qrup müsahibəsi
  • Panel müsahibəsi

2025-ci il üzrə təcrübə proqramının əhatə etdiyi istiqamətlər

Tədqiqatlar departamenti

Pul siyasəti departamenti

Maliyyə sabitliyi departamenti

Bazar davranışlarının tənzimlənməsi departamenti

Rezolyusiya departamenti

Sığorta fəaliyyətinin tənzimlənməsi departamenti

Maliyyə monitorinqi departamenti

Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti

Maliyyə bazarlarında əməliyyatlar departamenti

Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamenti

İstehlakçılarla iş departamenti

Maliyyə bazarlarının hüquqi təminatı departamenti

Hüquqi və təşkilati işlər departamenti

Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamenti

İnsan resursları departamenti

Satınalmalar departamenti

Maliyyə Texnologiyaları və İnnovasiyalar departamenti 

Data departamenti

Rəqəmsal mühəndislik departamenti

İnformasiya texnologiyaları əməliyyatları departamenti

Proqrama müraciət ilə bağlı məlumat

Kimlər müraciət edə bilər?

Təcrübə proqramına bakalavr pilləsinin 2-ci, 3-cü və 4-cü (və ya sonuncu) kurs tələbələri, magistratura pilləsində təhsil alan tələbələr və son iki ilin bakalavr və magistr məzunları müraciət edə bilər.

 

Müraciət üçün son tarix hansıdır?

Təcrübə proqramına müraciət etmək üçün son tarix 22 aprel 2025-ci ildir.

 

Necə müraciət etmək olar?

Müraciətlərin qəbulu yalnız aşağı sətrdə yerləşdirilən xüsusi müraciət forması vasitəsi ilə mümkündür.

Müraciət forması https://forms.office.com/r/zNbL3QX0ti

 

Əlavə suallarınız yaranarsa [email protected] ünvanına müraciət edə bilərsiniz.

 

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6734
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1606
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 637
“İnnovativ məktəb” l...