Bazar ertəsi, 18 Avqust, 2025

“İş Klubu 9” layihəsinə qeydiyyat başlayıb


  • Dərc edildi: 30 Mart, 2023 - 19:23
“İş Klubu 9” layihəsinə qeydiyyat başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən təşkil edilən “İş Klubu 9” layihəsinə qeydiyyat başlayıb.

Layihə müddətində peşəkar ekspertlər tərəfindən iştirakçılara “Karyera planlaması”, “Əmək bazarının tələbləri”, “İş məqsədlərinin təyini”, “Effektiv CV hazırlığı”, “İstək məktubunun yazılma forması”, “Müsahibəyə hazırlıq qaydaları”, “İş axtarış alətləri ilə tanışlıq”, “İş təklifinin analizi” kimi mövzular ətrafında təlimlər keçiriləcək.

2 həftə davam edəcək layihəyə məzunlar, işsiz və işaxtaran şəxslər müraciət edə bilərlər.

Layihədə iştirak üçün müraciət formasını dolduraraq qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat mərhələsini uğurla keçən şəxslərlə elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq. Layihəyə məzunlar, işsiz və işaxtaranlar şəxslər müraciət edə bilərlər.

Son müraciət tarixi: 04 Aprel 2023-ci il.
Layihənin başlama tarixi: 10 Aprel 2023-ci il.
 
Qeydiyyat linki: https://lnkd.in/dX6G6YC7
 
Əgər sən də işi harada və necə axtaracağını bilmirsənsə, karyera planlamasında dəstəyə ehtiyacın varsa, bu layihə məhz sənin üçündür!

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6762
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1635
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 644
“İnnovativ məktəb” l...