Bazar, 11 May, 2025

“Mühasib Ol!” Təcrübə Proqramı


  • Dərc edildi: 13 Dekabr, 2024 - 15:52
“Mühasib Ol!” Təcrübə Proqramı

ABS PARTNER MMC – “Mühasib Ol!” Təcrübə Proqramı

Təcrubə proqrami ödənişsizdir.

Şirkət haqqında:

ABS PARTNER MMC, 2016-cı ildən Azərbaycanda konsaltinq sahəsində fəaliyyət göstərərək müştərilərinə maliyyə, mühasibat uçotu, vergi məsləhətləri, kadr sənədləşməsi və korporativ hüquq xidmətləri üzrə peşəkar xidmətlər təqdim edir. Şirkət, müxtəlif sahələrdə fəaliyyət göstərən yerli və xarici şirkətlər, eləcə də beynəlxalq təşkilatların filialları ilə əməkdaşlıq edir.

Proqram haqqında:

Bu ödənişsiz təcrübə proqramı, mühasibatlıq sahəsində nəzəri bilikləri olub praktiki təcrübə qazanmaq istəyən gənclər üçün nəzərdə tutulub. İştirakçılar real iş mühitində mühasib vəzifəsinə uyğun bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.

İştirakçılar əldə edəcək:

•           Real iş mühitində nəzəri biliklərinin tətbiqi,

•           Mühasibatlıq işinin təşkili bacarıqları,

•           Maliyyə hesabatlarının hazırlanması bacarıqları,

•           Vergi qanunvericiliyinin tətbiqi bacarıqları,

•           Sertifikat,

•           İşlə təmin olunmasında üstünlük.

Təcrübə müddəti:

•           Müddət: 3 ay

•           İş rejimi: Tam iş günü (həftəiçi 5 gün, saat 09:00 - 18:00)

Kimlər müraciət edə bilər?

•           İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsindən yeni məzun olanlar,

•           Mühasibatlıq sahəsində nəzəri biliklərə malik şəxslər,

•           Microsoft Office proqramlarında (Word, Excel və s.) işləmə bacarığı olan şəxslər,

•           Analitik düşüncə, məsuliyyət və diqqətlilik bacarığına malik olan şəxslər.

Necə müraciət etmək olar?

Proqramda iştirak etmək istəyirsinizsə, CV və motivasiya məktubunuzu aşağıdakı elektron ünvana göndərin:  [email protected] . Başliqda “Mühasib ol!! Təcrübə Proqramı qeyd edin.

 

Son müraciət tarixi: 17.12.2024

Əlavə məlumat:

•           E-poçt: [email protected]

•           Veb-sayt: https://abspcompany.com/

Bu proqram, mühasibatlıq sahəsində peşəkar karyera qurmaq üçün əvəzsiz bir başlanğıc ola bilər!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 318
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 748
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 383
Xaricdə təhsil almaq...