4 GÜNLÜK TƏDQİQAT METODLARI TƏLİMİ

EPF/CRRC Azərbaycan sizi məmnuniyyətlə 4 günlük tədqiqat metodları təliminə dəvət edir. Seçilmiş iştirakçılar 22-25 iyul tarixlərində intensiv məşqlərdə iştirak etmək şansı qazanacaqlar. İştirakçılar kəmiyyət və keyfiyyət tədqiqat metodlarına nəzər yetirəcək və tədqiqat sənədlərinin yazılması qaydaları və nəşrlər üçün mümkün kanallar tanış ediləcəklər. Bu təlim tədqiqat vərdişlərini artırmaq istəyən gənc tədqiqatçılar üçün ideal olacaqdır. Tədqiqat Metodları təlim sessiyaları başa çatdıqdan sonra iştirakçılara tapşırıq veriləcək və 2 həftə ərzində təqdim etmələri tələb olunacaq. Uğurlu iştirakçılar yeni yaradılmış Gənc Tədqiqatçılar Şəbəkəsinə üzv olmağa dəvət ediləcəklər. Maraqlanan namizədlər (magistr dərəcəsi tələbələri: 1-ci kurs, 2-ci kurs və yeni məzunlar) 18 iyul 2021-ci il tarixinədək onlayn müraciət formalarını təqdim etməlidirlər. Təlim sessiyaları onlayn formatda aparılacaq və iştirakçıların kameraların açıq formada olacağı şəkildə iştirak etmələri tələb olunacaq. Təlimin gündəliyi seçilmiş iştirakçılar ilə bölüşüləcəkdir. Təlimçi:Dr. Anar Vəliyev Tarix:22, 23, 24 və 25 iyul, 2021 Vaxt:10:00–17:00 (fasilələr daxil olmaqla) İştirakçı sayı:20 Müraciət edənlər: magistr dərəcəsi tələbələri: 1-ci kurs, 2-ci kurs və yeni məzunlar (ya Azərbaycan universitetlərindən, ya da xaricdəki universitetlərdən) İşləmə dili: İngilis və Azərbaycan Onlayn platforma: Zoom Son müraciət tarixi: 18 iyul, 17:00 Seçilmiş iştirakçıların elanı: 19 iyul 2021 Müraciət forması:https://forms.gle/Rzt3rwXWwQe12Azx5

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az