Bazar, 8 İyun, 2025

"Missiya:2030" Hakatonu keçiriləcək


  • Dərc edildi: 19 Aprel, 2023 - 14:03
"Missiya:2030" Hakatonu keçiriləcək

İyulun 28-29-da Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ölkənin sosial-iqtisadi inkişafına dair təyin olunmuş Milli Prioritetləri, həmçinin 2030-cu ilə qədər "Dayanıqlı İnkişaf Gündəliyi"ni əhatə edən "Missiya:2030" Hakatonu aşağıdakı 5 mövzu üzrə keçiriləcək.

1. DİM 2: Qarabağda ərzaq təhlükəsizliyinə, daha yaxşı qidalanmaya nail olmaq və dayanıqlı kənd təsərrüfatını təşviq etmək;
2. DİM 7: Qarabağın sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək; 
3. DİM 11: Qarabağda şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək; 
4. DİM 12: Dayanıqlı istehlak və istehsal modellərinə keçidi təmin etmək;
5. Kosmosun dayanıqlı inkişaf məqsədlərinə nail olmağımızda rolu. 

Əsas qaydalar

- Hakatonda 15-25 yaş aralığında gənclər iştirak edə bilər;
- Tədbirin rəsmi dili Azərbaycan dilidir. Lakin, komandalar tərəfindən təqdim olunacaq ideyalar iki dildə təqdim oluna bilər (Azərbaycan və İngilis dili);
- İştirakçılar həm komanda, həm də fərdi şəkildə müraciət edə bilərlər;
- Fərdi müraciətçilər seçildikdən sonra təşkilati komanda tərəfindən 4-5 nəfər olmaqla komandalara bölünəcək;
- Hakaton final və yarımfinal mərhələlərindən ibarət olacaq.
- Hakatonun mövzularına dair seçilən iştirakçılara təlim və vebinarlar təşkil ediləcək. 
Sonda yarışın liderinə 5000 manat, ikinci yerin qalibinə 3000 manat, üçüncü yerin sahibinə isə 2000 manat pul mükafatı təqdim olunacaq.

Hakatonun mükafatı:
- I yeri qazanmış komanda: 5000

- II yeri qazanmış komanda: 3000

- III yeri qazanmış komanda: 2000


Müraciət üçün son tarix: 15 iyun, 2023

Qeydiyyat üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/3UB2khL

Hakatona dair bütün suallarınızı [email protected][email protected] elektron poçt ünvanlarına yollaya bilərsiniz. 

Ətraflı məlumat: +99412 465

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 135
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 308
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...