“Gəncliyimiz gələcəyimizdir” adlı müsabiqə keçiriləcək

AR Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu  “Heydər Əliyev ili” çərçivəsində “Gəncliyimiz gələcəyimizdir” adlı müsabiqə elan edir.

 

21-22 may 2023-ci il tarixlərində   AR Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Rayon Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə Dendrologiya İnstitutunda “Gəncliyimiz gələcəyimizdir” adlı foto və əl işlərindən ibarət  rəsm yaradıcılıq müsabiqəsi  keçiriləcəkdir.

Müsabiqə ölkə başçısı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr Sərəncamına uyğun olaraq “Heydər Əliyev ili” çərçivəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinn 2023 – cü il 7 fevral tarixlində təsdiq edilmiş “Şuşa şəhərinin 2023 – cü ili üçün türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı” əsasında baş baş tutacaqdır. 

          “Heydər Əliyev ilinə”  həsr olunmuş “Gəncliyimiz gələcəyimizdir” adlı əl işlərindən ibarət  rəsm və yaradıcılıq müsabiqəsinin keçirilməsində məqsəd Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti əsasında yüksək erudisiyaya, geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsini, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsini və azərbaycançılıq ideologiyasının təbliğini təmin etməkdir.  

Vətənpərvərlik mövzusunda keşirlən müsabiqədə iştirak etmək istəyənlər sərgidə təqdim olunacaq əsərin fotosunu, ad və soyadını, təvəllüdünü, əlaqə nömrəsini, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını  mayın 10-dək əl işlərini [email protected] ünvanına  əsər və əl işlərini isə  əlaqədar şəxsə təqdim etməlidirlər. 

Müsabiqəyə  ən çox 5 əsər və təqdim edilə  bilər. Seçim zamanı əl işlərində kənar müdaxilənin olmaması, həmçinin kompozisiyanın  motivi, rəng seçimi və ideya əsas götürüləcək.

 Təqdim olunan foto və əl işlərinin üzərində heç bir müəllif imzası və ya loqo yerləşdirilməməlidir.

 

Qaliblər Fəxri  diplom və hədiyyələrlə  mükafatlandırılacaqdır.

 

Tel.: (+994 12) 454 10 50; (+994 77) 300 31 73; (+994 77) 424 01 85   [email protected]



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az