reklam

KekaMaps.com tərəfindən əlilliklə bağlı dizayn müsabiqəsi elan olunur

KekaMaps.com tərəfindən əlilliklə bağlı dizayn müsabiqəsi elan olunur.                                             

3 Dekabr Beynəlxalq əlilliyi olan şəxslər Günü ilə bağlı olaraq əlilliyi olan şəxslərin qarşılaşdığı problemlərlə bağlı məlumatlılığı artırmaq məqsədilə qrafik dizayn müsabiqəsi həyata keçirilir.

Müsabiqədə iştirak üçün sayı minimum 3 ədəd olan Teleqram stikerləri paketi hazırlanmalıdır. Stiker inklüziyanı və əlilliyi olan şəxslərin gündəlik problemlərini kreativ üsullarla çatdırmalıdır.

Xahiş edirik ki, Teleqram stikerlərinin dizaynlarında əlillik əsaslı ayrıseçkiliyi, o cümlədən, əlilliyin mənfi nə neqativ təsvirlərini özündə ehtiva edən elementlərə yer verməyəsiniz. Əks halda müraciətlər dəyərləndirilməyəcəkdir.

Müsabiqənin 1 nəfər qalibinə 200 avro məbləğində pul mükafatı təqdim olunacaq.

Müsabiqədə iştirak üçün bu linkdən qeydiyyatdan keçməyiniz xahiş olunur: https://forms.gle/HnZtyPwUj5pCsSEDA

Müraciətlər üçün son tarix: 15 Dekabr

Nəticənin elan olunması: 22 Dekabr

Müsabiqə ilə bağlı yaranan sualları [email protected] elektron ünvanına yönləndirməyiniz xahiş olunur. 

Bu müsabiqə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Təqaüdü Proqramı (Eastern Partnership Civil Society Facility) çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.

KekaMaps.com 2021-ci ildə bir qrup vətəndaş cəmiyyəti fəalı tərəfindən təss olunub. Saytın əsas məqsədi Azərbaycanda əlilliyi olan şəxslər üçün müyəssər infrastrukturun yaradılmasına təkan verməkdir. KekaMaps.com Start.up! Germany 2022 startap müsabiqəsinin qalibi və ENACTUS Dünya Kuboku 2022-in yarımfinalçısıdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az