Çərşənbə, 20 Avqust, 2025

Biləsuvar rayonu Mərkəzi parkında Əmək Yarmarkası keçiriləcək


  • Dərc edildi: 6 Sentyabr, 2022 - 14:39
Biləsuvar rayonu Mərkəzi parkında Əmək Yarmarkası keçiriləcək

İşsiz və işaxtaran şəxslərin nəzərinə!

 Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının dəstəyi ilə Biləsuvar rayonu Mərkəzi parkında Əmək Yarmarkası keçiriləcək.

 Tədbirdə Neftçala, Salyan, Biləsuvar, Hacıqabul və Şirvan rayonları üzrə 18 müəssisə 800-ə yaxın vakansiya ilə iştirak edəcək.

 Yarmarkaya qatılan namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

 Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaqdır.

 Əmək yarmarkasının keçiriləcəyi ünvan və tarix:
 Biləsuvar rayonu, Heydər Əliyev küçəsi, 2D (Biləsuvar rayonu Mərkəzi parkı).

 08 sentyabr, 2022

 10:00 - 17:00

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7013
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1781
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 708
“İnnovativ məktəb” l...