Bazar ertəsi, 18 Avqust, 2025

"Act2Learn-Teatr əsaslı təlim vasitəsilə tədrisin təkmilləşdirilməsi” layihəsinə qeydiyyat başladı


  • Dərc edildi: 9 Fevral, 2024 - 21:50
"Act2Learn-Teatr əsaslı təlim vasitəsilə tədrisin təkmilləşdirilməsi” layihəsinə qeydiyyat başladı

Əziz gənc müəllimlər!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Act2Learn-Teatr əsaslı təlim vasitəsilə tədrisin təkmilləşdirilməsi” layihəsinə qeydiyyatı açıq elan edirik!

Layihənin əsas məqsədi müəllimləri teatra əsaslanan texnikalardan istifadə etməklə dərslərini daha cəlbedici, interaktiv və effektiv etmək üçün bilik və bacarıqlarla gücləndirməkdir.

20-35 yaş aralığında olan, müxtəlif təhsil müəssisəsində fəaliyyət göstərən müəllimlər layihə çərçivəsində:
- Teatr əsaslı təlim vasitəsilə dərs prosesinin şagirdlər üçün daha effektiv və interaktiv şəkildə təşkil olunması,
- Müəllimlərin improvizasiya, rol oyunu, aktyor oyunu və “Story telling” bacarıqlarının inkişafı,
- Sinif otaqlarında öyrənmə məkanının daha güvənli məkana çevrilməsi,
- Şagirdlərin öyrənmə prosesində iştirakçılığının artırılması bilik və bacarıqlara yiyələnəcəklər. Həmçinin, layihə müddətində mövzuya əsaslanan əl kitabçasının hazırlanması da nəzərdə tutulur.

Əgər sən də bu layihədə iştirak edərək yeni dərs metodikası ilə tanış olmaq, daha uğurlu dərs proqramını icra etmək istəyirsənsə, bizə qoşul! 

Tarix: 23-27 mart
Məkan: Lənkəran şəhəri
Son müraciət tarixi: 20 fevral

🔗Qeydiyyat linki: https://bit.ly/3UBIAwK

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6750
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1629
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 641
“İnnovativ məktəb” l...