Çərşənbə axşamı, 1 İyul, 2025

ÖDƏNİŞSİZ “Təlimdən Karyeraya - 2” adlı proqrama start verilir


  • Dərc edildi: 16 Yanvar, 2025 - 19:35
ÖDƏNİŞSİZ “Təlimdən Karyeraya - 2” adlı proqrama start verilir

“Synergia Academy” və “Tabia Group”-un birgə əməkdaşlığı çərçivəsində “Təlimdən Karyeraya - 2” adlı proqrama start veririk. 



1. Proqramda 18-30 yaş aralığında peşə, orta ixtisas və ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.


2. Proqram “Tabia Group”-a daxil olan hotellərin yerləşdiyi bölgələrdə doğulan, yaşayan və ya ailə bağlılığı olan gənclərin həmin regionlara qayıtmaqları və orada çalışmaları üçün şərait yaradır.


3. Müraciət üçün tərcümeyi-halınızı (CV-nizi) [email protected] elektron ünvanına göndərə, QR kodu skan edə və yaxud “BEGOC” Biznes Mərkəzinə yaxınlaşıb müraciət formasını doldura bilərsiniz.


4. Proqram 3-6 ay davam edəcək və bir neçə mərhələdən ibarət olacaq. Hər bir mərhələnin sonunda iştirakçıların təlim zamanı əldə etdiyi biliklər imtahan vasitəsilə yoxlanılacaq.


5. Proqramın bütün mərhələlərini uğurla başa vuran namizədlər, “Tabia Group” tabeliyində fəaliyyət göstərən hotellərdə iş ilə təmin olunacaqlar.


6. Seçim mərhələsində uğurlu nəticə göstərməyən namizədlərin sənədləri “Synergia Academy”-ın növbəti təlim proqramlarında dəyərləndirilməsi üçün ehtiyat məlumat bazasında saxlanılacaqdır.


7. Son müraciət tarixi 28.02.2025 (Uzadıla bilər). 

 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 45
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 28
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 216
Məktəbəhazırlıq qrup...