Struktur vahidinin adı
Mühafizə departamenti
Struktur bölmənin adı
İş rejimi
Növbəli
Vakansiyaya müraciət üçün son tarix
23-09-2022
İş yerinin ünvanı
Ələt
Şərtlər
Mühafizəçi təhkim olunan ərazinin (postun) mühafizəsini həyata keçirir, növbə zamanı riskləri qiymətləndirir və qabaqlayıcı tədbirlər görür. Mühafizəçi peşəsinin profilinə aşağıdakılar daxildir:
- Orta (Sahə üzrə ali təhsil arzuolunandır);
- Müvafiq sahə üzrə ən azı 6 ay iş təcrübəsi;
- Cinsi: Kişi
- Hərbi xidməti başa vurmuş;
- Kompüter istifadə bacarıqları arzuolunandır;
- Rus dili sərbəst, ingilis dili üstünlükdür;
BİLMƏLİDİR:
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən yanğından mühafizənin norma və qaydalarını.
DAVRANIŞ BACARIQLARI:
- İntizamlı;
- Məsuliyyətli;
- Emosiyalarına hakim olmağı bacarmaq;
- Detallara fikir vermək;
- Təhlil etməyi bacarmaq.
Öhdəliklər
- Təhkim olunan ərazinin (postun) mühafizəsini həyata keçirmək;
- Növbə zamanı riskləri qiymətləndirmək və qabaqlayıcı tədbirlər görmək;
- Baş verən hadisələr barədə baş mühafizəçiyə, növbə rəisinə və ya sahə rəisinə vaxtlı-vaxtında məlumat təqdim etmək və müvafiq qeydiyyatlar aparmaq;
- Növbə zamanı cəmiyyətə məxsus əmlakın, habelə qorunması tapşırılmış digər avadanlıqları müvafiq təlimatın tələblərinə uyğun olaraq qorumaq;
- Mühafizə olunan obyektlərdə hüquqa zidd hərəkətlər törətmiş şəxslər mühafizəçinin qanuni tələblərinə tabe olmadıqları və ya fiziki qüvvə işlətdikləri hallarda həmin şəxsləri risk faktorlarını nəzərə alaraq qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirərək, hadisə yerində saxlamaq və dərhal müvafiq hüquq mühafizə orqanına təhvil vermək;
- Növbə zamanı postdakı mühafizəçi zərurətlə əlaqədar olaraq digər əməkdaşla əvəz edilməyənədək və ya kənarlaşdırılmayanadək postu tərk etməməlidir.
- Mühafizə sahəsi üzrə rəhbər, onu müşayiət edən şəxslər, ali rəhbərlik və daxili nəzarət tədbirlərini həyata keçirən şəxslər istisna olmaqla, digər şəxslərin posta daxil olmasına yol verməmək;
- Nəqliyyat vasitələrinin hərəkət istiqamətini, qrafikini və onların fərqləndirici nişanlarını və işarələrini bilmək;
- Obyektin səddlərində (postda) nasazlıq, postun yaxınlığında və ya qonşu postda asayiş qaydalarının pozulması, texniki mühafizə vasitələrinin işləmədiyi təqdirdə aşkar edildiyi vaxt, mühafizə sahəsi üzrə, növbə rəisinə məruzə etmək;
- Buraxılış rejimini pozaraq obyektə daxil olmaq istəyən şəxslərin buraxılmasının qarşısını almaq və bu barədə növbə rəisinə məruzə etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları səlahiyyəti çərçivəsində yerinə yetirmək.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur