"Veysəloğlu" MMC İnsan resursları və dəstək xidmətləri direktorluğunda İnsan resursları üzrə biznes tərəfdaş (Mingəçevir) vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
İş yeri:
Bakı şəhəri
İş qrafiki:
Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə funksiyaları:
- Təyin olunmuş biznes bölmələrində işçilər və rəhbərlik üçün insan resursları proseslərində vahid əlaqələndirici şəxs və vasitəçi rolunu oynamaq, biznes liderləri ilə güclü əlaqələr qurmaq, onların ehtiyaclarını və tələblərini anlamaq, bizneslərin ehtiyaclarına uyğun İR strategiyalarını inkişaf etdirmək üçün onlarla əməkdaşlıq etmək;
- Xidmət göstərdiyi funksiyaların rəhbər heyəti ilə dövri görüşlər keçirmək, İR proses və layihələrinin gedişatını analiz etmək, biznesin tələblərinə uyğun İR həllərini razılaşdırmaq, rəhbərlər ilə işçilər arasında sağlam iş münasibətlərinin tənzimlənməsində məsləhətçi rolu oynamaq, müvafiq siyasət və təlimatların effektiv şəkildə kommunikasiya olunmasını və effektiv inteqrasiyasını təmin etmək;
- İşə qəbul prosesinin bütün mərhələlərini əvvəldən sonadək həyata keçirmək (Ştatın yaradılması və təsdiqlənməsi, vakansiya elanı, namizədlərin seçimi, namizədə dair rəylərin alınması, iş təklifinin verilməsi və s.);
- İşə qəbul edilmiş işçilərin sınaq müddətini təqib etmək, nəzərdə tutulan müddətin sonunda birbaşa rəhbərindən müvafiq qeydlər aparılmış sınaq müddəti qiymətləndirmə formasını tələb etmək;
- İşçi heyətinə insan resursları ilə əlaqədar proseslər (fəaliyyətin idarə olunması, kadr ehtiyatının planlaşdırılması, təlim və ixtisasartırma, təşkilati strukturda dəyişikliklər, mükafat, kompensasiya və müavinətlər və s.) barədə məlumat vermək;
- İllik perfomans nəticələrinin təyin edilməsi, qiymətləndirilməsi və digər strateji İR proseslərinin icrası;
- Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və rəhbərinə təqdim etmək.
Vəzifə tələbləri:
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- İqtisadiyyat və ya idarəetmə sahəsində ali təhsil;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yüksək səviyyədə bilmək;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Ünsiyyət bacarığı;
- Şəxsi avtomobil, sürücülük vəsiqəsi.
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Yanacaq xərci.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu (subject) hissəsinə “İnsan resursları üzrə biznes tərəfdaş” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur