“Bank Respublika” ASC Məlumat mərkəzi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi vakansiyasını elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Banka daxil olan telefon zənglərini qəbul etmək və onların ətraflı cavablandırılmasını həyata keçirmək;
- Telefon vasitəsilə xidmət göstərdikdən sonra müştəriləri Bankın cari kampaniyaları haqqında məlumatlandırmaq;
- İntrabank və digər mənbələrdən gələn bütün məlumatlarla tanış olmaq;
- Bankın məhsul və xidmətləri, tarif və kampaniyaları haqqında məlumatlı olmaq.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Aidiyyati sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, ingilis dili arzuolunandır;
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 noyabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Məlumat mərkəzi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur