Çərşənbə axşamı, 19 Avqust, 2025

"İnklüziv təhsilin könüllüləri ilə əlçatan təhsil" layihəsinin təlimləri yekunlaşıb


  • Dərc edildi: 12 Fevral, 2024 - 08:48
"İnklüziv təhsilin könüllüləri ilə əlçatan təhsil" layihəsinin təlimləri yekunlaşıb

"İnklüziv təhsilin könüllüləri ilə əlçatan təhsil" layihəsinin təlimləri yekunlaşıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan "İnklüziv təhsilin könüllüləri ilə əlçatan təhsil" layihəsinin təlimləri keçirilib.

İcra planına uyğun olaraq, bundan əvvəl sağlamlıq imkanları məhdud olan təhsilalanların ehtiyaclarının təyin edilməsi üçün sorğular keçirilib, inklüziv təhsil haqqında təlim materialı və vəsaitlər hazırlanıb, təlim prosesini həyata keçirəcək təlimçilər seçilib, ADPU-nun Quba filialında təhsil alan tələbələr layihəyə cəlb ediləcək könüllüləri seçilib. Eyni zamanda tələbələr

inklüziv təhsilin məqsəd və vəzifələri ilə tanış edilib, onlara uşaqyönümlü pedaqogikanın əsas xüsusiyyətləri mənimsədilib, inklüziv sinif təcrübəsinin yaradılması bacarıqlarını formalaşdırılıb.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd ADPU-nun Quba filiallında təhsil alan 20 nəfər III və IV kurslarına inklüziv təhsil üzrə təlimlərdən keçirmək, gələcəyin müəllimlərinin inklüziv sinif otaqlarında dərs keçmək üçün potensial və səriştələrinin artırmaq, onların biliklərinin paylaşması və ilkin təcrübələrinin toplanması məqsədilə məktəblərdə könüllülük failiyyətinə cəlb etmək və 5 məktəbdə öyrənmədə çətinliyi olan - sağlamlıq imkanları məhdud olan uşaqların davamlı öyrənməsini təmin etməkdir.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6801
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1663
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 655
“İnnovativ məktəb” l...