Bazar, 13 İyul, 2025

Şəki-Zaqatala Regional Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində hal-hazırda vakant yerlər


  • Dərc edildi: 9 Yanvar, 2025 - 00:49
Şəki-Zaqatala Regional Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində hal-hazırda vakant yerlər

İşə qəbul üzrə müsabiqəyə start verilir


---

Şəki-Zaqatala Regional Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində hal-hazırda vakant olan laborant, kitabxanaçı, kitabxana müdiri, katibə-makinaçı, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 9-31 yanvar tarixlərində, həftə içi 5 gün saat 09:00-dan 17:00-dək yerli rayon təhsil sektoruna yaxınlaşaraq sənədlərini (şəxsiyyət vəsiqəsi bütün vəzifələr üzrə, diplom və əmək kitabçası isə müvafiq ixtisas və ya staj tələb olunan vəzifələr üzrə) təqdim etməklə qeydiyyatdan keçə və imtahana buraxılış vərəqəsi əldə edə bilərlər.

Həmçinin namizədlər qeyd olunmuş https://ref.az/2rSxRUr linkə daxil olaraq Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblər üzrə mövcud vakansiyalarla tanış ola bilərlər.

Məlumat üçün bildiririk ki, imtahana qədər yeni vakant yerlər yarandığı təqdirdə siyahıya əlavə olunacaq.

Vəzifələr üzrə 20 ixtisas, 15 informatika və 15 məntiqi təfəkkür suallarına cavab verərək ən yüksək bal toplamış namizədlər birbaşa vəzifəyə təyin olunacaqlar.

Adıçəkilən vəzifələr üzrə ixtisas tələbləri və müsabiqə proqramına aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://ref.az/2jMBm17.

Qeyd edək ki, test imtahanı fevral ayında Şəki şəhər 11 nömrəli tam orta məktəbdə keçiriləcək. İmtahanın dəqiq vaxtı və vəzifələr üzrə seansların saatı İdarənin sosial media hesablarında elan ediləcək.

Müsabiqədə iştirak edəcək namizədlərə uğurlar arzulayırıq!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 3331
Yeni məzunlar üçün I...
Tələbələrin köçürülməsi prosesinə start verilir
10 İyul, 2025 - 12:54 158
Tələbələrin köçürülm...
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!
08 İyul, 2025 - 12:23 128
Məktəbəhazırlıq qrup...