“Sağlam Ailə” tibb mərkəzi Andrologiya bölməsinə tibbi koordinator və ya tibb qardaşı vakansiyası elan edir.
Namizədə olan tələblər:
- Ali tibbi və ya orta tibb ixtisas təhsil;
- Cinsi: Kişi;
- Yüksək ünsiyyət qabiliyyətli, hədəf yönümlü və nəticəyə istiqamətlənmiş;
Qeyd:
- İş qrafiki: həftənin 6 günü, 1 gün istirahət;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Vəzifə və öhdəliklər:
- Klinikaya müraciət edən pasiyentləri qəbul edir, Pasient şikayət, istək, baxış və anamnez məlumatlarını nəzərə alaraq müayinənin həcminini və təyinatını dəqiqləşdirir, müvafiq təlimatlara uyğun qeydiyyatını aparır; Laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında məlumatlandırır;
- Laborator tədqiqatlar üçün bioloji materialların götürülməsini həyata keçirir;
- Lazım gəldiyində pasientlərə müayinələrin seçilməsində tövsiyyələr verir və müayinə nəticələrini interpretasiya edir, nəticələrlə bağlı izahlar verir, müvafiq maarifləndirmə işi aparır;
- İstəyə əsasən Xidmətlərin müqayisəli tövsiyyəsini etmədən tibbi xidmətləri təklif edir (Qəbul həkiminə yönləndirir /Chek-up xidmətlər təklif edir / dar ixtisaslı həkimə yönləndirir);
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Andrologiya bölməsinə tibbi koordinator və ya tibb qardaşı” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur